azadses.az » Cəmiyyət » “Ordu ilə bağlı mövzularda hər kəs həssas olmalıdır” – QARABAĞ QAZİSİ

“Ordu ilə bağlı mövzularda hər kəs həssas olmalıdır” – QARABAĞ QAZİSİ

Təəssüflə qeyd etməliyik ki, son günlər yenə də bəzi sosial şəbəkə istifadəçiləri və bəzi media nümayəndələri tərəfindən həm Azərbaycan Ordusunun nüfuzuna xələl gətirən, həm də vətəndaşlar arasında süni ajiotaj yaradan, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədilə həqiqətə uyğun olmayan informasiyalar yayılmaqda davam edir. Bununla əlaqədar bir sıra sosial şəbəkə, o cümlədən feysbuk istifadəçilərinin Baş Prokurorluğa dəvət olunaraq onlara xəbərdarlıq edilib.
Nəzərə almalıyıq ki, işğaldan azad edilmiş ərazilərimizdən erməni separatçıları hələ də tamamilə çıxarılmayıb. Eyni zamanda, Qarabağda Ordumuzun müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində dövlət tərəfindən tədbirlər görülür, yeni hərbi hissələr yaradılır, sərhədlərimizin qorunması ilə bağlı qaşıya çıxan problemlər aradan qaldırılır.
Qarabağ Qazisi, Çeçenistanın ilk Fəxri Vətəndaşı Arif Məhərrəmov Prokurorluğun media subyektləri və sosial şəbəkə istifadəçilərinə müraciət etməsini qanunun aliliyinin müdafiəsi adlandırıb. Bildirib ki, qanun hər şeydən üstündür.
Arif Məhərrəmov vurğulayıb ki, bütün hüquq müdafiəçiləri, eyni zamanda, QHT və siyasi partiya nümayəndələri və xalqımız ölkəmizin getdikcə artan reytinqinə xələl gətirən belə xoşagəlməz halların qarşısının alınmasında dövlətin və Prokurorluğun yanında olmalıdırlar.
Qarabağ Qazisi Arif Məhərrəmov onu da vurğulayıb ki, Vətəni, torpağı, milləti sevən və 44 günlük müharibə zamanı şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına torpaqlarımızı işğaldan azad edərək bu ərazilərimizdə möhkəmləndiyimiz, eyni zamanda, hər tərəfdən Azərbaycana müəyyən təsirlərin olduğu bir dövrdə öz içimizdə olan bu cür “jurnalistlər” və sosial şəbəkə istifadəçiləri tərəfindən düşməni sevindirən addımların atılması çox güman ki, anti-Azərbaycan qüvvələrin sifarişidir və ya həmin “jurnalistlərin” bu məsələləri kifayət qədər anlamamasından irəli gəlir. Onun fikrincə, Azərbaycan Respublikası Baş Prokurorluğunun verdiyi qərar vaxtında atılmış addımdır.
Çünki hazırda ölkəmizdə cəmiyyəti narahat edən məqamlardan biri də elə məhz reket jurnalistikadır. Onların hərəkətləri cinayət olsa da, indiyə qədər belə “jurnalistlərə” müəyyən güzəştlər olunub. Ancaq indi baş prokurorun dediyi kimi, onların bu hərəkətləri cinayətdir. Cinayət də cəzasız qala bilməz.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib