azadses.az » Cəmiyyət » Bərdədə təcavüzə uğrayan qızın vəkili: “Qıza ölüm arzulayırlar”

Bərdədə təcavüzə uğrayan qızın vəkili: “Qıza ölüm arzulayırlar”

“Bərdə rayonunda cinsi zorakılığa məruz qalan 14 yaşlı qızın istintaq hərəkətləri davam etdirilir. İstintaqın gedişatı yeniyetmə qıza qarşı dörd nəfərin seksual xarakterli hərəkəti istiqamətində iş aparılır”.

Bu barədə məlumatı Bizim.Media-ya açıqlamasında cinsi zorakılığa məruz qalan qızın ailəsinin vəkili Ruhəngiz Quliyeva məlumat verib.

O bildirib ki, hazırda istintaq işləri davam etdirilir:

“Hadisənin necə adlandırılması da hələ tam həllini tapmayıb. İstintaqın gedişində tövsif dəyişəcək, onu da deyə bilmirik. Hər halda proses zamanı bəlli olacaq. Amma məsələ ilə bağlı heç bir güzəştdən söhbət gedə bilməz”.

Vəkil xatırladıb ki, yeniyetməyə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edənlərin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə cinayət işi açılıb:

“Dörd nəfərdən üçü saxlanılıb və barələrində üç aylıq həbs-qəti imkan tədbiri seçilib. Digəri azyaşlı olduğundan barəsində qanunla məsuliyyət nəzərdə tutulmur. İstənilən halda, ananın yeganə tələbi qızına qarşı seksual hərəkətlər edənlərə ən ağır və layiqli cəza verilməsidir. Tutaq ki, üç ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulubsa, istəyimiz ən yuxarı həddir”.

Vəkil onu narahat edən digər bir nüansa da toxunub. O deyib ki, 14 yaşlı qız yaşadığı kənddə linç edilir:

“Bu gün səhər başına bəla gələn qızın kiçik bacısı mənə zəng edərək ağlayıb. Kənddə qalmaq və orada məktəbə getmək istəmədiyini deyib. Təsəvvür edirsiniz bu, nə deməkdir? Kiçik qızın yalvarışları və məndən imdad istəməsi sadəcə ürək parçalayacaq bir məsələdir. İnanın ki, kənddəki qadınların fikirlərini də dəyişə bilmirəm.

Təcavüzə uğrayan qıza ölüm arzulayırlar. Nə deyə bilərəm? Onlar artıq o psixologiya ilə qocalıblar. Kənddəki o baxışlar 14 yaşlı qızın iki bacısına da yönələcək”, - deyə vəkil qeyd edib.

Xatırladaq ki, xoşagəlməz olay avqustun 25-də Bərdə rayonunda yaşanıb. 14 yaşlı qıza dörd nəfər tərəfindən seksual hərəkətlər edilib və görüntüləri yayılıb. Videonu çəkib yayan dörd nəfər müəyyən edilərək saxlanılıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib