Səttar Möhbalıyevin qohumu şəhid oldu

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, şəhid hərbçilərimizdən biri- Möhbalı Fərid Kəmaləddin oğlu Milli Məclisin deputatı, Həmkarlar ittifaqının sədri Səttar Möhbalıyevin yaxın qohumudur. O, deputatın əmisi nəvəsidir.
Deputat həmkarları S. Möhbalıyevə başsağlığı veriblər.
Qeyd edək ki, şəhid Fərid Möhbalı 1994-cü ildə Naxçıvanın Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub.
