azadses.az » Cəmiyyət » “Mövcud gərginlik regionda sülhə mane olmaq istəyən qüvvələrin işidir” - RƏY + FOTO

“Mövcud gərginlik regionda sülhə mane olmaq istəyən qüvvələrin işidir” - RƏY + FOTO

Ermənistan silahlı qüvvələri ötən gecə növbəti dəfə Azərbaycana qarşı Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində təxribata əl atıb. Diversiya qrupları dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçiriblər. Hazırda bu təxribatların, ümumiyyətlə, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə olan təhlükələrin qarşısını almaq üçün zəruri tədbirlər görülür.

Politoloq Elçin Mirzəbəyli məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, Ermənistanın siyasi xəttini yenə də təcavüzkar ritorika təşkil edir:



“Ermənistanın son bir neçə ay ərzində nümayiş etdirdiyi davranışlar 10 Noyabr Bəyanatına, daha sonra imzalanan sənədlərə və Brüssel görüşündə götürdüyü öhdəliklərə qətiyyən cavab vermir. Ermənistan siyasi rəhbərliyinin sərgilədiyi davranışlar arasında bəzən təzadlar nəzərə çarpsa da, mahiyyət etibarilə bütün bunlar manipulyativ xarakter daşıyır və diqqətin yayınmasına xidmət edir. İndiki şəraitdə sülhün əldə olunması, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması, şübhəsiz ki, regionda ən çox Ermənistana lazımdır, çünki ölkə özünün yürütdüyü siyasət nəticəsində dalana dirənib, mövcudluğu region dövlətlərindən -Azərbaycan və Türkiyədən - asılıdır”.

Politoloq hesab edir ki, təcavüzkar siyasətini davam etdirən Ermənistanın ram edilməsinin yeganə yolu bu ölkəni sülhə məcbur etməkdir:

“Beynəlxalq təcrübədə, əgər qonşu ölkələrdən biri digərinə təhlükə yaradırsa, təhlükəli vəziyyətlə üzləşən dövlətin sərhədləri yaxınlığında neytral bir zona yaradılır. Bu da indiki şəraitdə oxşar davranışların tətbiqinə zərurət yaradır. Ermənistan başa düşməlidir ki, Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətin perspektivi yoxdur. Əgər düşmən ölkə eyni davranışlara davam edərsə, ona qarşı adekvat tədbirlər həyata keçiriləcək. Ermənistanın bir militarist dövlət kimi ram edilməsi bütün bölgə xalqlarının maraqlarına xidmət edir. Çünki bölgədə sülhü pozan, dövlətlərin təhlükəsizliyinə təhdid yaradan yeganə dövlət Ermənistandır”.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov isə qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra baş verən proseslər Ermənistanın hələ də eyni siyasəti yürütdüyündən xəbər verir:



“Biz 44 günlük müharibədə apardığımız döyüş taktikası ilə göstərdik ki, Ermənistandan fərqli olaraq mülki obyektləri hədəf almırıq. Kapitulyasiya aktından sonra Azərbaycanla Ermənistan arasında dəfələrlə görüş baş tutdu. Son Brüssel görüşündə sülh sazişinin masaya gətirilməsiylə bağlı fikirlərə tam ziddi olaraq Ermənistan yenidən özünün təxribatçı siyasətini nümayiş etdirir.

31 avqustdakı görüşdən sonra Azərbaycan Ermənistana beş ermənini təhvil verdi. Bu, Azərbaycanın humanist addım atmasından və sülh sazişinin imzalanması üçün etdiyi jestdən xəbər verdi. Amma Ermənistan cavab olaraq Azərbaycanın sərhədyanı rayonlarına atəş açdı, ərazilərimizi minalamağa cəhd göstərdi”.

Ekspert diqqətə çatdırıb ki, Ermənistanın Azərbaycan ərazilərini 30 il ərzində minalaması məsələsi müxtəlif formada gündəmə gətirilməyə çalışılsa da, buna hər hansı ciddi reaksiya göstərilməyib:

“Beynəlxalq ictimaiyyət bu məsələdə Ermənistana qarşı bir addım atmadı. Hesab edirəm ki, mövcud gərginlik regionda sülhə mane olmaq, keçmiş münaqişənin mövcud olması fonunu yaratmaq istəyən qüvvələrin işidir. Əgər mina məsələsində Ermənistana sərt reaksiya olsaydı, məhdudiyyətlər qoyulsaydı, bu gün Ermənistan vaxt tapdıqca Azərbaycan ərazilərinə zərər vurmağa çalışmazdı. Beynəlxalq ictimaiyyətin prosesə biganə yanaşması Ermənistana güc verir. Lakin Azərbaycanın haqlı mövqeyini bölüşən dövlət və təşkilatlar da var.

Biz Ermənistanın törətdiyi cinayətlərə qarşı beynəlxalq hüquqi müstəvidə maddi və mənəvi ziyanla bağlı iddialarımızı qoyacağıq. Proseslərlə bağlı Ermənistan tərəfin dünyada yaydığı dezinformasiyalar, təxribat xarakterli məlumatlar öz hədəfinə çatmayacaq. Azərbaycan regionda sülhün və sabitliyin, dayanıqlı inkişafın tərəfdarıdır. Həmişə olduğu kimi, düşmən itkilərinin sayını azaltmağa çalışır. Amma valideynlər övladlarının geri qayıtmadığını görəndə bu təxribatın əks-sədası İrəvan küçələrində görünəcək. Proses yekunda Azərbaycanla sülh sazişinin imzalanması və qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazisindən çıxarılması, delimitasiya və demarkasiya proseslərinin həyata keçirilməsi ilə yekunlaşacaq”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Rusiyada minik avtomobillərinin qəza reytinqi - İlk sırada tanınmış model
  2. Günəş "oyanır": Bu il rekord sayda maqnit fırtınası ola bilər
  3. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  4. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  5. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  6. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  7. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  8. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  9. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  10. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Möminə xatun türbəsi bərpa olunacaq
Möminə xatun türbəsi bərpa olunacaq
Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq. “Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Naxçıvan şəhərində Ətraflı
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib