azadses.az » Cəmiyyət » Dilçi alim: “Beş-altı sözdür, müəllimlər zəhmət çəkib, öyrənsinlər” – FOTO

Dilçi alim: “Beş-altı sözdür, müəllimlər zəhmət çəkib, öyrənsinlər” – FOTO

Məktəblərin açılması ilə müəllimlərin sosial şəbəkələrdəki təhsil forumlarında aktivliyi də artıb. Bu zaman nəzərəçarpan məqamlardan biri - müəllim həmkarların bir-birini sözlərin düzgün yazılmamasında ittiham etməsidir. Yəni diqqətə çatdırılan mövzudan çox, şikayətin və ya təklifin yazılış qaydası müzakirə olunur.

Bu hal bir müddət öncə elm və təhsil naziri Emin Əmrullayevin sertifikasiya zamanı 500-ə yaxın müəllimin “anbar”, “şənbə” və “pambıq” sözlərinin düzgün yazılışını tapa bilmədiyini deməsini xatırladır. O zaman ölkədə bu xüsusda geniş müzakirələr yarandı və bir qrup şəxs həmin problemi orfoqrafiya lüğətinin tez-tez dəyişdirilməsi ilə əlaqələndirdi.

Müşahidə etsək, görərik ki, bu lüğət, həqiqətən də, az qala, altı aydan bir dəyişilir.

Bəs ümumiyyətlə, dilin qaydalar sistemi neçə müddətdən bir dəyişilməlidir? Hansı hallarda dəyişikliyə ehtiyac var?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən dilçi alim Sayalı Sadıqova orfoqrafiya lüğətinə qarşı qərəzli münasibət sərgiləndiyini söyləyib:



“Sertifikasiya ilə bağlı müzakirələrdən aydın olur ki, orfoqrafiya lüğətinə qarşı qərəzli münasibət sərgilənib. Müəllimlərin imtahanda səhv yazdıqları sözlərin yazılışı dəyişilməyib. İllərdir ki, olduğu kimi qalıb. Dərsliklərdə qaydası da göstərilib. Ümumiyyətlə, bu problemi orfoqrafiya lüğətinin üzərinə atmaq lazım deyil”.

S.Sadıqovanın sözlərinə görə, alınma sözlərin yazılışında dəyişikliklər müşahidə olunur:

“Orfoqrafiya lüğətində müəyyən sözlər var ki, onların yazılışında dəyişikliklər baş verib. Lakin tarixən oturuşmuş, ənənəvi şəkildə işlənən sözlərlə bağlı dəyişikliklər yoxdur. Ümumiyyətlə, orfoqrafiya qaydaları uzunmüddətli olmalıdır. Orada tez-tez dəyişikliklər ola bilməz. Qaydaların tez-tez dəyişilməsinin qarşısı alınmalıdır. Normalara əməl edilməlidir. Bu gün biz bu şəkildə yazırıq, sonradan dəyişirsə, artıq yeni qaydaları öyrənməliyik”.

Professor qeyd edib ki, orfoqrafiya qaydalarında sabitlik qorunmalıdır:

“Müəyyən sözlər var ki, onların yaranma mənbələri fərqlidir. Hazırda alınma sözlərin bir çoxu birbaşa Avropa dillərindən alınır və alındığı mənbəyə uyğun olaraq o formada yazılır. Yeni sözlərin yazılışında bu kimi müzakirələr ola bilər. Ümumiyyətlə, sözlərin yazılış qaydaları qorunub-saxlanılmalıdır. Dərsliklər nəzərə alınmalıdır. İstisna hallarda dəyişilməlidir. Azərbaycan dilinin öz qrammatikası, qaydaları var. Düzgün şəkildə əməl olunmalıdır”.

Filologiya üzrə elmlər doktoru İsmayıl Məmmədli isə əlavə edib ki, orfoqrafiya lüğəti dörd ildən bir dəyişilməlidir:



“Orfoqrafiya lüğəti tez-tez dəyişilməyib. Türkiyədə öz lüğətlərini 27 dəfə nəşr ediblər. Bizdə cəmi altı dəfə dəyişilib. İnsanlar həmişə öz səhvlərini başqalarının boynuna qoyurlar. Sertifikasiyada yaza bilmədikləri söz dəyişilməyib. İllərdir ki, bu işlə məşğulam. Hər şeyi nəzərə alıb, dəyişikliklər edilib. Beş-altı sözdür. Zəhmət çəkib, öyrənsinlər.

Əslində, lüğət dörd ildən bir nəşr olunmalıdır. Lüğət 1940, 1960, 1975, 2004, 2009, 2013 və ən son 2021-ci ildə dəyişilib. Çox ara vermişik. Dəyişikliyə ehtiyac var”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Gəncədə 6 nəfər tortdan zəhərlənib
  2. Hövsan qəsəbəsində işıq olmayacaq
  3. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  4. Balakəndə qadın hamamda ölü tapılıb
  5. FHN çimərlik mövsümü ilə əlaqədar matros-xilasedici vəzifəsinə müsabiqə elan edir
  6. Bakının iki rayonunda qaz olmayacaq
  7. Goranboyun Qazanbulaq qəsəbəsi qazsız qalıb
  8. Gəncədə bir ailənin üç üzvü qidadan zəhərləndi
  9. Gəncədə 23 yaşlı gəncin boğazı kəsilib
  10. Gəncədə 23 yaşlı kişi bıçaqlanıb, şübhəli şəxs saxlanılıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Moskvada akademik Məmməd Əliyevin 70 illiyinə həsr olunmuş kitabın təqdimatı keçirilib
Moskvada akademik Məmməd Əliyevin 70 illiyinə həsr olunmuş kitabın təqdimatı keçirilib
Moskvada Rusiya Səhiyyə Nazirliyinin "Rusiya Milli Tibbi Tədqiqat Radioloji Mərkəzi" Federal Dövlət Büdcə Ətraflı
Alimlər içməli suyu təmizləyən yeni mikrob kəşf ediblər
Alimlər içməli suyu təmizləyən yeni mikrob kəşf ediblər
Miçiqan Universitetinin amerikalı alimləri qrunt sularının təmizlənməsində əsas rol oynayan dərin torpaq qatlarında (20 metrə Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar