azadses.az » Cəmiyyət » Zabit: “Cəbrayıl döyüşlərinə girəndə ailəmə şəhid olduğumu demişdilər” - FOTO

Zabit: “Cəbrayıl döyüşlərinə girəndə ailəmə şəhid olduğumu demişdilər” - FOTO

“Düşməndən qənimət götürdüyümüz tanka Azərbaycanın Milli Qəhrəmanı, məşhur tankçımız Albert Aqarunovun adını yazıb Şuşa döyüşlərinə girdik. Orada erməni dilində “Şuşi” yazılan lövhəni vurub aşırdıq”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Ordusunun mayoru, İkinci Qarabağ müharibəsi iştirakçısı Məzahir Mahmudov deyib.

O bildirib ki, döyüşlər başlayanda Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə alırmış:

“Xəbərlərdən eşitdim ki, artıq müharibə başlayıb. Tank taborunun komandiri olmuşam.
Sentyabrın 28-i özüm könüllü ərizə yazdım, səhhətimin qənaətbəxş olduğunu deyərək döyüşlərə qatılmaq istədim. Cəbrayıl istiqamətindən əməliyyatlara qoşuldum. Döyüşlərin ilk günündə bölük komandirimiz baş leytenant Əlimərdan Quluzadə şəhid oldu və bundan 2 dəqiqə sonra digər hərbi qulluqçumuz Ramiq Ağayev ağır yaralanaraq hospitala aparıldı. O, 19 gün sonra şəhidlik zirvəsinə ucaldı”.



M.Mahmudov söyləyib ki, ermənilərin diversiya qrupu Cəbrayılda Azərbaycan Ordusunun bölməsini pusquya salmaq istəyirdi:

“Lakin Xüsusi Təyinatlı Qüvvələrimiz onların qarşısına çıxaraq məhv etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl şəhərinin azad olunmasını elan edəndən sonra düşmən mövqelərimizə yenidən əks-hücum etdi. Ermənilər çalışırdılar ki, bu xəbəri yalanlasınlar. Məsuliyyətimizi dərk edərək Azərbaycanın Milli Qəhrəmanı, şəhid Şükür Həmidovla birgə bizdən sayca üstün olan erməni tankçılarını darmadağın etdik. Onlar bir neçə tankını saz vəziyyətdə döyüş meydanında qoyaraq qaçdılar. Həmin vaxt düşmənin 4 tankını məhv etdik, 8 texnikasını isə qənimət olaraq ələ keçirdik. Onların diversiya qrupu arxa istiqamətdən gəlib bizi pusquya salaraq məhv etmək istəyirdi.

Xüsusi Təyinatlı Qüvvələrin burada rolunu xüsusi qeyd etmək istəyirəm. Bizim xüsusi təyinatlılarımız onların diversiya qrupunun qarşısını alaraq geri oturtdu. XTQ qrupundan gizir Səbuhi Səmədov və gizir Cavid Sahratov həmin döyüşlərdə şəhid oldu. Daha sonra mənim bölməm Şuşa istiqamətinə, digər bir bölməmiz isə Zəngilan və Xocavənd istiqamətlərinə yollandı”.



“Ailəliyəm, iki övladım var. Döyüşlərdə ailəmlə ümumiyyətlə, danışa bilmirdim. Cəbrayıl döyüşlərinə girəndə ailəmə şəhid olduğumu demişdilər. Təbii ki, bu xəbərdən sonra onların vəziyyətini sözlə ifadə etmək mümkün deyil. Sonradan onlara xəbər çatıb ki, sağ-salamatam. Bir məsələni də vurğulayım ki, bizim tank heyəti beynəlxalq tank yarışlarında iştirak edən və mükafatlara layiq görülən heyət idi”, - Vətən müharibəsinin iştirakçısı vurğulayıb.

Qeyd edək ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə M.Mahmudov “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Şücaətə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?