azadses.az » Cəmiyyət » Azərbaycan təmsilçisi nüfuzlu beynəlxalq qurumun ali orqanına üzv seçildi - FOTO

Azərbaycan təmsilçisi nüfuzlu beynəlxalq qurumun ali orqanına üzv seçildi - FOTO

İtaliyanın paytaxtı Roma şəhərində Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının – AIPS (International Sports Press Association) 84-cü Ümumdünya Konqresi keçirilir.

AZƏRTAC xəbər verir ki, oktyabrın 4-dən 6-dək davam edəcək konqresdə ölkəmizi AIPS-in üzvü olan Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təsisçisi və prezidenti Eldar İsmayılov, assosiasiyanın birinci vitse-prezidenti və beynəlxalq əlaqələr üzrə koordinator Nərgiz Mahmudzadə təmsil edirlər.

Tədbir çərçivəsində AIPS İcraiyyə Komitəsinin iclası, konqresin rəsmi açılış mərasimi, müxtəlif qitələr üzrə sessiyalar, panel iclasları və seçkilər keçirilib.

AIPS-in qitə səviyyəli qurumu olan Avropa İdman Mətbuatı İttifaqının Baş Assambleyasında növbəti 4 il müddətinə ittifaqın prezidenti, baş katibi, icraiyyə komitəsi üzvlərinin seçkiləri keçirilib. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının birinci vitse-prezidenti N.Mahmudzadə icraiyyə komitəsi üzvlüyünə namizədlər sırasında olub. Səsvermə nəticəsində 39 ölkədən 31-nin nümayəndəsi N.Mahmudzadənin Avropa İdman Mətbuatı İttifaqı icraiyyə komitəsi üzvü seçilməsinin lehinə səs verib. Beləliklə,

N.Mahmudzadə Avropa İdman Mətbuatı İttifaqının icraiyyə komitəsinin üzvü seçilib və ölkəmiz 4 illik müddətə bu mötəbər qurumun rəhbərliyində təmsil olunacaq.

Qeyd edək ki, AIPS 1924-cü il iyulun 2-də Parisdə yaradılıb və hazırda 164 ölkə assosiasiyada təmsil olunur.

Ölkəmizi bu qurumda Azərbaycan İdman Jurnalistləri Assosiasiyası təmsil edir. AIPS-in fəal üzvlərindən olan Azərbaycan 2014-cü ildə qurumun 90 illik yubileyinə təsadüf edən 77-ci konqresinə ev sahibliyi edib. Bakıda keçirilən konqresə 100-dən çox ölkənin nümayəndəsi qatılıb.




DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Azərbaycan Ordusunun mövqeləri Tovuzqala istiqamətindən atəşə tutulub
  2. Gəncədə 6 nəfər tortdan zəhərlənib
  3. Hövsan qəsəbəsində işıq olmayacaq
  4. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  5. Balakəndə qadın hamamda ölü tapılıb
  6. FHN çimərlik mövsümü ilə əlaqədar matros-xilasedici vəzifəsinə müsabiqə elan edir
  7. Bakının iki rayonunda qaz olmayacaq
  8. Goranboyun Qazanbulaq qəsəbəsi qazsız qalıb
  9. Gəncədə bir ailənin üç üzvü qidadan zəhərləndi
  10. Gəncədə 23 yaşlı gəncin boğazı kəsilib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Moskvada akademik Məmməd Əliyevin 70 illiyinə həsr olunmuş kitabın təqdimatı keçirilib
Moskvada akademik Məmməd Əliyevin 70 illiyinə həsr olunmuş kitabın təqdimatı keçirilib
Moskvada Rusiya Səhiyyə Nazirliyinin "Rusiya Milli Tibbi Tədqiqat Radioloji Mərkəzi" Federal Dövlət Büdcə Ətraflı
Alimlər içməli suyu təmizləyən yeni mikrob kəşf ediblər
Alimlər içməli suyu təmizləyən yeni mikrob kəşf ediblər
Miçiqan Universitetinin amerikalı alimləri qrunt sularının təmizlənməsində əsas rol oynayan dərin torpaq qatlarında (20 metrə Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar