azadses.az » Cəmiyyət » Gəncə terrorunda valideynlərini itirən azyaşlı: “Ermənilər mənim kimi çox uşaqları yetim qoyublar” - FOTO

Gəncə terrorunda valideynlərini itirən azyaşlı: “Ermənilər mənim kimi çox uşaqları yetim qoyublar” - FOTO

“Ermənilər mənim kimi çox uşaqları yetim qoyublar”.

Bunu Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncəyə atılan raket nəticəsində hər iki valideyni şəhid olan Hüseyn Anar oğlu Əliyev “Report”un Qərb bürosuna verdiyi müsahibədə bildirib.

O, valideynlərini hər gecə yuxuda gördüyünü deyir:

“Hadisədən bir neçə saat öncə atamla telefonla danışdım. Onlara dəfələrlə demişdim ki, Gəncəyə raketlər atırlar, gəlin Şəmkirə. Atam mənə “narahat olma, hər şey yolundadır, biz də evimizdəyik, heç yerə gedəsi deyilik” dedi. Həmin gecə yuxuda olanda birdən anamın səsini eşitdim. Oyandım elə bildim ki, anam gəlib. Baxdım heç kim yoxdur. Səhər tezdən televizora baxanda evimizin dağıldığını gördüm. Mənə dedilər ki, narahat olma, sadəcə xəsarət alıblar, hamısı yaxşıdır. Bacımla danışdım, amma ata-anamla danışmaq istəyəndə dedilər ki, onlar yaralıdırlar, danışa bilmirlər. Mən hadisədən bir neçə gün sonra bildim ki, onlar şəhid olublar.

Hər ikisi üçün çox darıxıram. Bəzən yuxularıma girirlər, səhər oyananda onları düşünərək oyanıram. Kaş onlar həyatda olardılar. İndi evimizin dağıntıları altında anama məxsus fincanı tapdım, mən bu fincanı digər əşyalar kimi onlardan xatirə olaraq saxlayacağam. Onların mənə aldıqları oyuncaqlarla da oynamıram, kənarda yadigar kimi saxlamışam. Ermənilər vəhşidirlər, onlar mənim kimi çox uşağı yetim qoyublar. İndi ailəmizdən bir mən və bacım qalıb. Tez-tez gəlib buranı ziyarət edirik”, - deyə Hüseyn Əliyev bildirib.

Qeyd edək ki, 11.10.2020-ci il tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncəyə atılan ballistik raket nəticəsində Hüseyn Əliyevin valideynləri - Anar Əliyev və Nurçin Əliyeva dağıntılar altında qalıblar. Saatlarla aparılan axtarışlardan sonra onların cansız bədənləri aşkarlanıb. Sonra Hüseyn və onun bacısı Sevil ana nənəsinin himayəsinə verilib.





DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  2. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  3. Argentinada 6 maqnitudalı zəlzələ olub
  4. Şanlıurfada yol qəzası olub, ölənlər var
  5. Lerik rayonunda zəlzələ baş verib
  6. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
  7. Salyanda yay şumu qaldırılır
  8. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  9. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  10. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, Ətraflı
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu