Zakir Həsənov: “Azərbaycan Ordusunda sistem, idarəetmə dəyişib”

“Report” xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazir bildirib ki, son illərdə Türkiyənin silah istehsalında çox böyük irəliləyiş var:
“Prezidentin tapşırığına uyğun olaraq, Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində böyük işlər görürük. İşlərin əksəriyyəti görülüb. Sistem, idarəetmə dəyişib və tətbiq olunur. Bu, son döyüşlərdə də özünü göstərdi”.