Kəlbəcərdə insan skeleti tapıldı: Ermənilərin işgəncə ilə öldürdükləri ehtimal edilir

Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, aşkar edilmiş sümük və geyim əşyalarının fraqmentləri müvafiq formada qablaşdırılaraq ekspertiza aparılması məqsədilə götürülüb
Aşkar edilmiş sümük və geyim əşyalarının Kəlbəcər rayonun Ermənistan tərəfindən işğalı zamanı əsir düşərək işgəncə ilə öldürülmüş şəxsə məxsus olması ehtimal edilir.
Hazırda araşdırmalar davam etdirilir.