azadses.az » Cəmiyyət » Günahsız şəxsi ömürlük həbsə göndərən hakim cəzalandırılacaqmı? - FOTO

Günahsız şəxsi ömürlük həbsə göndərən hakim cəzalandırılacaqmı? - FOTO

Ötən həftə Azərbaycanın məhkəmə-hüquq sistemində nadir hadisə qeydə alınıb. Belə ki, ömürlük həbs cəzası almış məhkum doqquz ildən sonra bəraət alıb. 2013-cü ildə birlikdə yaşadığı qadını və onun qardaşı qızını zəhərləyərək öldürməkdə təqsirli bilinən Aydın Qəhrəmanov Ali Məhkəmənin qərarı ilə azadlığa buraxılıb.

Qəhrəmanovun günahsız yerə doqquz il məhbəs həyatı yaşamasına görə kim məsuliyyət daşıyır? Ona hökm oxuyan hakimi hansısa cəza gözləyirmi?

Mövzu ilə bağlı Modern.az-a danışan Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, uzun müddət cəza çəkmiş şəxslərin bəraət almasına çox nadir hallarda rast gəlinir.

Onun sözlərinə görə, 2014-2021-ci il ərzində bəraət hökmlərinin sayı 430 olub:



“Hakimlər bəraət hökmünü çıxarmaqda müəyyən qədər “xəsislik” edirlər. Bunun bir sıra psixoloji səbəbləri var. Sovet hüquq sistemi məhz belə işləyirdi. Xüsusilə də Azərbaycan miqyasında bəraət hökmləri, demək olar ki, verilmirdi. Azərbaycanda müstəqillik əldə ediləndən sonra bir müddət bu stereotiplər davam etdirildi. Daha sonra Azərbaycanda məhkəmə-hüquq islahatları aparıldı. Məhz bu islahatlar məhkəmə hakimlərinin müstəqilliyinin artmasında mühüm rol oynadı. Bu da bəraət hökmlərinin artmasına təkan verdi.

Ancaq yenə də deyirəm ki, Azərbaycanda bəraət hökmlərinin sayı elə çox deyil. Xüsusilə doqquz il kimi uzun müddət cəza çəkmiş şəxsin bəraət alması nadir rast gəlinən hadisədir. Uzun müddət cəza çəkmiş şəxsin bəraət alması praktikada yox dərəcəsindədir. Biz daha çox hökmdən şikayət edildiyi halda birinci instansiya və apellyasiya məhkəməsində bəraətləri görmüşük”.

Hüquqşünas qeyd edib ki, Azərbaycan Konstitusiyasına, həm də cinayət qanunvericiliyinə əsasən, uzun müddət günahsız yerə cəza çəkmiş şəxs kompensasiya almalıdır:

“Bəraət almış şəxsin kompensasiya almaq hüququ hökmdə öz əksini tapmalıdır. Kompensasiyanın məbləği şəxsin irəli sürdüyü iddia ilə bağlı olur. O bu müddət ərzində ona dəyən maddi və mənəvi ziyanı hesablayaraq iddia qaldıra bilər. Geridə qalan müddət ərzində zərərçəkmiş işləyə bilərdi, yaxud başqa hüquqlarından istifadə edə bilərdi. Eyni zamanda azadlıq kimi fundamental hüquqdan məhrum olma həmin şəxsə psixoloji təsir də göstərir. Bütün bunlar hesablandıqda böyük məbləğdə kompensasiya alına bilər. Əlbəttə, kompensasiya şəxsin hüququdur, onun vəzifəsi deyil. Hər bir halda ona kompensasiya ödəniləcək. Məhkəmənin verdiyi kompensasiya şəxsi qane etməyəcəyi təqdirdə, o, daha üst məhkəməyə, hətta Avropa Məhkəməsinə müraciət edə bilər. Bu zaman prosesin uzanma ehtimalı var”.



Bəs günahsız şəxsə ömürlük həbs verən hakim cəzalandırılacaqmı?

Ə.Nuriyev hüquqi prosesi belə şərh edib:

“Hakimlər konkret olaraq dəlil və sübutlar əsasında qərar verirlər. Birinci instansiya məhkəməsində cinayət işi zamanı toplanmış dəlillər əsas götürülüb. Yəni ola bilər ki, o zaman təqdim edilən dəlillər yetərli qədər olmayıb. Daha sonra yeni dəlillər ortaya çıxıb və bunun əsasında şəxs bəraət alıb. Ona görə də hakim bu zaman cinayət işində toplanmış dəlillərə, sübutlara söykənərək qərar verdiyindən təqsirkar sayıla bilməz. Ancaq ola bilər ki, hakim məsələlərə diqqət yetirməyib, sübutlar kifayət qədər araşdırılıb qiymətləndirilməyib. Bütün bu sadaladıqlarımız hakimlə bağlı müvafiq intizam tədbirlərinin başlanmasına əsas verir. Ancaq yenə də deyirəm ki, yuxarı instansiya məhkəmələrinin bəraət hökmü çıxarması hakimləri təzyiq altına almamalıdır. Digər hakim də qanuna əsasən qərar çıxarır. Hakimi qınamaq olmaz ki, sən bu zaman düzgün qərar verməmisən. Yuxarı instansiya məhkəmələrinin yaradılma qayəsi məhz birinci instansiya məhkəməsini səhv buraxmaqdan sığorta etməkdir”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  2. Nizami rayonunda motosiklet piyadanı vurub
  3. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  5. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  6. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  7. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  8. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
  9. Qobustanda zəlzələ olub
  10. Bakıda yol qəzası olub, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?