azadses.az » Cəmiyyət » Atasını döyərək öldürməkdə şübhəli bilinən şəxsi polis saxlayıb - YENİLƏNİB

Atasını döyərək öldürməkdə şübhəli bilinən şəxsi polis saxlayıb - YENİLƏNİB

Gədəbəy rayonunda atasını döyərək öldürməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Oxu.Az-a bildirib ki, ailə münaqişəsi zəminində həyat yoldaşı Mehri Cəfərovaya bıçaq xəsarətləri yetirən Gədəbəy rayon sakini Vaqif Cəfərovun ailə üzvləri tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi və orada dünyasını dəyişməsi ilə bağlı Gədəbəy Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları müvafiq araşdırmaya başlayıblar.

İlkin araşdırmalar nəticəsində V.Cəfərovun ölümündə şübhəli bilinən oğlu, Asəf Cəfərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib, hazırda rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

23.11.2022 - 01:24

Gədəbəydə ailə üzvləri tərəfindən döyülən şəxs xəstəxanada ölüb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, noyabrın 22-də saat 19 radələrində Gədəbəy rayonu Düzyurd kənd sakini 1959-cu il təvəllüdlü Vaqif Cəfərovun xəstəxanada ölümü ilə rayon polis şöbəsinə məlumat daxil olub.

Qeyd olunub ki, araşdırmalarla ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olan şəxsin ailə üzvləri tərəfindən döyülməsi ilə bağlı şübhələr müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirirlir.

22.11.2022 - 22:31

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Düzyurd kəndində qeydə alınıb.

1964-cü il təvəllüdlü Mehri Cəfərova bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə əməliyyat edilib,vəziyyətinin kafi olduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Gədəbəy rayon Polis Şöbəsinə rayon sakini Mehri Cəfərovanın boğaz nahiyəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya müraciət etməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları müvafiq araşdırmalar aparıb və məlum olub ki, M.Cəfərovanı ailə münaqişəsi zəminində, 1959-cu il təvəllüdlü Vaqif Cəfərov bıçaqlayıb.

Şübhəli şəxs saxlanılıb, yaralıya tibbi yardım göstərilərək evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sabah Bakıda 22 dərəcə isti olacaq
  2. Bakıda iki gündə itkin düşən 16 nəfər tapılıb
  3. Həftəsonu axtarışda olan 106 nəfər saxlanılıb
  4. Şəkidə avtomobil piyadanı vuraraq öldürüb
  5. Qızını bıçaqlamaqda şübhəli bilinən şəxslə bağlı YENİ DETALLAR
  6. Ötən gün ölkə ərazisində 23 qumbara aşkarlanıb
  7. PUA ilə ölkə ərazisinə atılan narkotiki götürmək istəyən şəxslər saxlanılıb
  8. Salyanda avtomobil piyadanı vuraraq öldürüb
  9. Xırdalanda "Kristal Abşeron 1" yaşayış kompleksində yanğın söndürülüb - YENİLƏNİB-2
  10. Babək rayonunda "Niva" yanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Çin ekstremal şərtlər üçün ilk keramik aerogelini yaradıb
Çin ekstremal şərtlər üçün ilk keramik aerogelini yaradıb
Çinin Elmlər Akademiyasının Hefey Fizika Elmləri İnstitutunun alimləri yüksək anizotrop istilik keçiriciliyinə və müstəsna Ətraflı
Xalq artisti Tamilla Şirəliyevanın dəfn ediləcəyi yer açıqlanıb
Xalq artisti Tamilla Şirəliyevanın dəfn ediləcəyi yer açıqlanıb
Balet ustası, Xalq artisti Tamilla Şirəliyeva Qurd qapısı qəbiristanlığında dəfn ediləcək. Bu barədə “Report”un sorğusuna cavab Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar