azadses.az » Cəmiyyət » Yeni ili səbirsizliklə gözləyənlər: “Kommunal xərcləri ödəmək üçün hər ay borc alıram” - FOTO

Yeni ili səbirsizliklə gözləyənlər: “Kommunal xərcləri ödəmək üçün hər ay borc alıram” - FOTO

Noyabr ayının 15-dən mənzillərə istilik verilməsinə başlanılıb. Havaların soyuması təbii qaza olan tələbatı daha da artırır. İlin on birinci ayınadək isə qaza tətbiq olunan güzəşt limitini keçməyən, demək olar ki, qalmır.

Hasilatı ilə yanaşı, dünya bazarında qiymətinin də davamlı olaraq artdığı təbii qaz ölkəsi olan Azərbaycanda əhalinin limitə cəlb olunması birmənalı qarşılanmır. İstehsal, bazar qiymətləri artsa da, ölkə daxilində vətəndaşlar soyuq havada limiti göz önünə gətirərək çox qaz istehlak etməməyə çalışırlar.

Xatırladaq ki, Azərbaycanda əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satışı üçpilləli tarif sistemi ilə həyata keçirilir. Üçpilləli limitin ilkin pilləsi 1 200 kubmetr təyin olunub. Hər il yanvarın 1-də qaz sayğaclarının göstəriciləri sıfırlanır və güzəşt limiti tətbiq olunur.

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin sözlərinə görə, abonentlərin 58,8 faizi 1 200 kubmetrlik limiti keçməyib:



“Yanvar ayının 1-dən oktyabrın sonuna olan statistikaya görə, 58,8 faiz abonent 1 200 kubmetrlik limiti keçməyib. Yəni 1 milyon 441 min abonent limiti keçməyib. Bu, əslinə qalsa, müsbət göstəricidir. Çünki insanlar qazdan istifadənin qaydalarına kifayət qədər əməl edirlər”.

E.Vəliyev qeyd edib ki, əvvəlki illərə nisbətən irəliləyiş müşahidə olunur:

“Sızma halları baş verəndə dərhal aradan qaldırılır ki, nə birliyin, nə də abonentlərin itkisi olsun. Bu, sevindirici rəqəmdir. Əvvəlki illərə nisbətən çox böyük fərq var.

Əvvəlcədən ödənişli sayğaclar dekabrın 31-dən 1-nə keçən gecə avtomatik olaraq yenilənəcək. Mexaniki sayğaclar isə yanvarın 10-dan sıfırlanacaq. İnanırıq ki, limitə riayət edən abonentlər növbəti ildə daha yaxşı nəticələr əldə edəcəklər”.

E.Vəliyev əlavə edib ki, abonentlərin borclarını silə bilməzlər:

“Biz pərakəndə satışla məşğuluq. Limit və tarif bizimlə bağlı deyil. Ailələrə güzəştlər edilməsi tarifin, limitin aşağı salınması ilə bağlıdır”.

Milli Məclisin deputatı Vahid Əhmədov Oxu.Az-a açıqlamasında əlavə edib ki, aztəminatlı ailələrə güzəşt olunmalıdır:



“Bu məsələ Milli Məclisdə dəfələrlə müzakirə olunub. Diqqət mərkəzindədir. Limitlə bağlı insanlar tərəfindən çoxsaylı müraciətlər daxil olub. Düzdür, elələri var ki, bu həddi qoruyub-saxlaya bilirlər, limitdən əziyyət çəkmirlər. Lakin əksəriyyət bu problemlə üz-üzədir.

Xüsusən də bölgələrdə yaşayanlar bu problemlə daha çox qarşılaşırlar. Havalar soyuq olduğundan istilik sistemlərindən daha çox istifadə olunur. Elə ailələr var ki, sırf limitə görə qazdan istifadə edə bilmirlər. Düşünürəm ki, aztəminatlı ailələr nəzərə alınmalı və güzəşt tətbiq olunmalıdır”.

Aztəminatlı ailənin üzvü olan Natavan Hüseynova Oxu.Az-a açıqlamasında kommunal xidmətləri qarşılamaqda çətinlik çəkdiyini bildirib:

“Çox çətin bir zamanda yaşayırıq. Hər şey bahalaşıb. Kommunal xərclər də artıb. Aldığım məvaciblə kommunal xərcləri ödəmək, demək olar ki, mümkün deyil. Hər ay bunun üçün borc alıram ki, qazsız, işıqsız, susuz qalmayaq. Bir dəfə də olsun güzəşt edilməyib. Ödəniş gecikən kimi xəbərdarlıq gəlir. Qaz limitini də keçmişik. Pul ödəyirsən, yarısı yoxa çıxır. Tutaq ki, 10 manat ödəyirəmsə, 5 manat yüklənir. Yeni ili səbirsizliklə gözləyirəm ki, limit yenilənsin”.

Bakı şəhərinin icra hakimiyyətləri isə zənglərimizi cavabsız qoydular.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  2. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  3. Argentinada 6 maqnitudalı zəlzələ olub
  4. Şanlıurfada yol qəzası olub, ölənlər var
  5. Lerik rayonunda zəlzələ baş verib
  6. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
  7. Salyanda yay şumu qaldırılır
  8. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  9. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  10. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, Ətraflı
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu