azadses.az » Cəmiyyət » Şahin Rəhmanlı: “Heydər Əliyev gənclərimiz üçün haqsızlıqla, ədalətsizliklə mübarizə simvoludur”

Şahin Rəhmanlı: “Heydər Əliyev gənclərimiz üçün haqsızlıqla, ədalətsizliklə mübarizə simvoludur”

Bu gün qədirbilən xalqımız vəfatının 19-cu ilində ümummilli lider Heydər Əliyevi dərin hörmət və ehtiramla yad edir. Bu anım günündə sözlər onun Vətəni üçün etdiyi fədakarlıqları ifadə etməkdə zəifdir. Çünki Heydər Əliyev öz həyatından daha vacib hesab etdiyi bir səbəb üçün yaşadı – Azərbaycan üçün. “Azərbaycan mənim ürəyimdir, nəfəsimdir, həyatımdır” deyirdi. Bəzi borclar var ki, heç vaxt ödənilmir. Əgər kəlmələr ulu öndərə olan borcu qaytara bilmirsə, biz, şübhəsiz ki, öz əməllərimizlə, onun vəsiyyətlərinə riayət etməklə, banisi olduğu müasir Azərbaycanın uğurlu gələcəyinə aparan müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, onun ideyalarına sadiq qalmaqla bu borcu ödəməyə çalışmalıyıq.

Gənclər olaraq qarşımızdakı ilk öhdəlik kifayət qədər aydındır: Azərbaycanın müstəqilliyini, suverenliyini qorumaq və ölkəmizi günü-gündən inkişaf etdirmək. Bu zaman ümummilli lider Heydər Əliyevin aşağıdakı sitatını qeyd etməliyik: “Bizim əsas vəzifəmiz Azərbaycanın müstəqilliyini qoruyub-saxlamaqdır. Bu gün mən sizi, bütün Azərbaycan gənclərini, Azərbaycanın gələcəyini əmin etmək istəyirəm ki, biz, o cümlədən bir Prezident kimi mən Azərbaycanın dövlət müstəqilliyini, Azərbaycan xalqının milli azadlığını daim qoruyacağıq və onu əbədi edəcəyik. Heç bir qüvvə bizi bu müstəqillik yolundan çəkindirə bilməz, heç bir qüvvə Azərbaycanın dövlət müstəqilliyini əlindən ala bilməz. Biz bundan sonra daim azad, müstəqil Azərbaycanda yaşayacağıq. Buna əmin ola bilərsiniz. Bu, dövlətin borcudur, bu, hər bir vətəndaşın borcudur”.

O insanların həmişə uğrunda lazım gələrsə, ölməyə hazır olduqları dəyərləri, sivilizasiya dediyimiz məfhumu təşkil edən dəyərləri müdafiə etmək üçün könüllü oldu. O, Azərbaycanın və azərbaycanlıların haqqını müdafiə edərək üzləşdiyi ədalətsizliklərlə mübarizə apardı. Həyatın gətirdiyi bütün çətinliklərə baxmayaraq, arzulayırdı ki, gələcək nəsillər onun gördüyü çətinliklərdən keçməsinlər. O gənclərimizi savadlı, bilikli görmək istəyirdi və bunun üçün çalışırdı. Burada xatırlatmaq yerinə düşür: “Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidirlər. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidirlər”.

Bu gün ulu öndərin xatirəsini ehtiramla yad edərkən söz verək ki, onun həyatı, fədakarlıqları, şücaətləri, Vətənimiz üçün verdiyi mübarizəsi Allah bu millətə həyat bəxş etdikcə xatırlanacaq. Gəlin onun arzularını həyata keçirmək üçün əlimizdən gələni etməyə söz verək. Gəlin bir-birimizə ilham verək, cəsarətlə və inadla: Hər bir gənc Vətənimiz Azərbaycanın daha da inkişaf etməsi, qüdrətlənməsi üçün canı-könüldən el birliyi ilə çalışsın.

Ruhun şad olsun, ulu öndər! Bu gün gənclərimiz sənin vəsiyyət etdiyin yol ilə gedirlər, himnimiz azad edilmiş torpaqlarda səslənir, bayrağımız müstəqil Azərbaycanın hər bir guşəsində dalğalanır. Bu gün Azərbaycan daha güclüdür.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  2. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  3. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  4. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  5. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  6. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  7. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  8. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  9. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  10. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bakıda iki məktəb direktoru nöqsanlara görə işdən çıxarılıb
Bakıda iki məktəb direktoru nöqsanlara görə işdən çıxarılıb
Paytaxt məktəblərində monitorinqlər davam etdirilir. Bu barədə "Report"a MÜTDA-dan məlumat verilib. Bildirilib ki, Ətraflı
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib