Ceyhun Bayramov: “Azərbaycan erməniəsilli vətəndaşlarımızı cəmiyyətimizə inteqrasiya etmək niyyətindədir”
- 12-12-2022, 16:17
- Cəmiyyət

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 12-də Avropa İttifaqı Şərq Tərəfdaşlığı XİN başçılarının görüşündə deyib.
O bildirib ki, bu baxımdan, Azərbaycan Respublikasının Konstitusiyası mühüm hüquqi baza təmin edir:
“Azərbaycan hökuməti ilə yerli etnik erməni sakinlər arasında dialoqun və təmasların genişləndirilməsi dinc birgə yaşayışın təmin edilməsinə istiqamətlənib, prosesin təşviq edilməsi və dəstəklənməsinə ehtiyac var”.