azadses.az » Cəmiyyət » Dörd ay öncə “general” rütbəsi alan rəis niyə işdən çıxarıldı? - DETALLAR

Dörd ay öncə “general” rütbəsi alan rəis niyə işdən çıxarıldı? - DETALLAR

Dörd ay öncə “general” rütbəsi alan rəis niyə işdən çıxarıldı? - DETALLAR

Dövlət Sərhəd Xidmətinin rəisi, general-mayor Aqil Babayev DSX Akademiyasının rəisi vəzifəsindən azad edilib.

Axar.az xəbər verir ki, Aqil Babayev bu vəzifəyə qədər “Xudat” sərhəd dəstəsinin rəisi olub. “İgidliyə görə”, “Vətən uğrunda” və digər bir sıra orden və medallarla təltif olunub. O, 17 avqust 2022-ci ildə (18 avqust Dövlət Sərhəd Xidməti Günüdür – red.) “general-mayor” rütbəsi alıb. Məhz dörd ay öncə yüksək rütbə verilən şəxsin indi vəzifədən azad edilməsi hazırda müzakirə predmetidir.

Dövlət Sərhəd Xidməti Akademiyasında ilk xoşagəlməz hadisə bu ilin aprelində olmuşdu. Belə ki, Akademiyanın 4-cü kursunda təhsil alan 2001-ci il təvəllüdlü kursant Murad Müslüm oğlu Nağıyev aprelin 13-də dünyasını dəyişmişdi.

DSX Akademiyası kursantın ölümü ilə bağlı yaydığı məlumatda bildirmişdi ki, o, 13 apreldə müalicə aldığı tibb müəssisəsində onkoloji xəstəlikdən dünyasını dəyişib.

Ancaq nə qədər qəribə də olsa, Hərbi Prokurorluğun hələ o zaman yaydığı məlumat diqqət çəkmişdi. Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev bildirmişdi:

“Daxil olmuş məlumat əsasında Bakı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər zəruri hərəkətlər icra edilmişdir. Fakt üzrə Bakı Hərbi Prokurorluğunda başlanılan araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir”.

Maraqlıdır: xəstəxanada onkoloji xəstəlikdən dünyasını dəyişən kursantla bağlı Hərbi Prokurorluq əməkdaşları “hadisə yerinə” niyə baxış keçirir, iş üçün əhəmiyyət kəsb edən hansı predmetlər maddi sübut kimi götürülür, kimlərdən və niyə izahatlar alınır? Hər halda “hadisə yeri” xəstəxana çarpayısı, “maddi sübut” dərmanlar deyildi və həkimlərdən də izahat alınmamışdı. Əks halda “hadisə yerinə” hərbi prokurorlar deyil, məhkəmə-tibb ekspertləri gələrdilər. Əgər hadisə yeri varsa, bu o deməkdir ki, ölüm hadisəsi müalicə müəssisəsində baş verməyib.

Məsələ də ondan ibarətdir ki, həmin ölümün DSX Akademiyasındakı kütləvi dava nəticəsində baş verdiyi haqda Akademiyanın rəsmi açıqlamasından öncə məlumat yayılmışdı. Bildirilirdi ki, kütləvi davada bir kursant ölüb, bir neçəsi yaralanıb. Ancaq DSX Akademiyasının yaydığı məlumatda kursantın “müalicə müəssisəsində” öldüyü iddia edilirdi ki, əslində, bu iddia da Hərbi Prokurorluğun rəsmi açıqlaması ilə darmadağın olurdu.

Hərbi Prokurorluğun istintaqının nəticəsi haqda heç bir məlumat yayılmadı, ölümün dəqiq başvermə səbəbi, hadisə yeri, maddi sübutların aqibəti barədə də ictimaiyyət məlumatlandırılmadı. Ancaq şübhəsiz ki, ölüm faktı araşdırılıb və DSX Akademiyasının rəsmi qurumlar və ictimaiyyətə yalan açıqlama verməsi təsdiqlənib.

İkinci, ictimaiyyətə bəlli olan daha ciddi hadisə 6 dekabr 2022-ci ildə baş verdi. DSX Akademiyası yenidən gündəmə gəldi – bu dəfə yanğınla. Akademiyanın inzibati binasında irimiqyaslı yanğın baş verdi və ciddi ziyan dəydi. Yanğının miqyası kifayət qədər böyük idi – o qədər ki, hadisə yerinə DSX rəisi Elçin Quliyev şəxsən özü gəlmişdi.

DSX-nin olayla bağlı yaydığı açıqlamada yanğın zamanı Akademiya binasının dam örtüyünün 50 kvadratmetr hissəsinə ziyan dəydiyi, cəmi üç nəfərin tüstüdən zəhərləndiyi bildirildi. Əlbəttə ki, DSX bu məlumatı Akademiyadan alaraq yaymışdı.

Ancaq bu məlumatın həqiqəti əks etdirmədiyi üzə çıxdı. Belə ki, TƏBİB yanğın zamanı 14 nəfərin tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirildiyini bildirdi.

Yanğının nə qədər sahəni əhatə etdiyi barədə isə FHN yox, DSX Akademiyasının məlumat yayması da müzakirələr yaratdı. Belə ki, yanğının, deyildiyi kimi, “dam örtüyünün 50 kv.m sahəsinə ziyan vurduğu” həddən artıq “yumşaldılmış” təsiri bağışlayırdı. Videolardan da aydın idi ki, yanğın daha geniş əraziyə yayılıb.

Bu isə DSX Akademiyası haqda növbəti mənfi təəssürat doğururdu.

Görünür, bütün bunlar və mediaya qapalı olan digər məlumatların nəticəsi olaraq DSX rəisi Elçin Quliyev Akademiya rəhbərliyinin dəyişdirilməsi üçün təqdimat hazırlayıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  2. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  3. Argentinada 6 maqnitudalı zəlzələ olub
  4. Şanlıurfada yol qəzası olub, ölənlər var
  5. Lerik rayonunda zəlzələ baş verib
  6. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
  7. Salyanda yay şumu qaldırılır
  8. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  9. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  10. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, Ətraflı
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu