Azərbaycanda Yeni ilin ilk uşağı dünyaya gəlib - FOTO
Azərbaycanda 2023-cü ilin ilk körpəsi TƏBİB-in tabeliyindəki 4 saylı Doğum Evində dünyaya gəlib.
“Report”un məlumatına görə, bu gün saat 00:01-də doğulan körpənin cinsi oğlan, çəkisi 2 kilo 700 qramdır.
Qeysəriyyə əməliyyatı ilə doğulan uşaq ananın üçüncü hamiləliyi olub.
Yenidoğulmuşun və ananın vəziyyəti sabitdir.