azadses.az » Cəmiyyət » Vasif Talıbov və Milli Məclis: O, deputat mandatından məhrum edilə bilərmi? - ŞƏRH

Vasif Talıbov və Milli Məclis: O, deputat mandatından məhrum edilə bilərmi? - ŞƏRH

Vasif Talıbov və Milli Məclis: O, deputat mandatından məhrum edilə bilərmi? - ŞƏRH

Naxçıvan Ali Məclisinin sədri vəzifəsi ilə sağollaşan Vasif Talıbov həm də Azərbaycan parlamentinin deputatıdır.

Düzü, Vasif Talıbov parlament iclaslarına gəlmirdi və parlament rəhbərliyi tərəfindən onun qarşısında da yəqin ki, belə bir tələb də qoyulmurdu.

Söhbət təkcə altıncı çağırış Milli Məclisdən getmir, ümumilikdə Vasif Talıbov millət vəkilliyi müddətində yaşadığı yerlə parlament binasındakı məsafəni su yoluna döndərməyib. Ali qanunverici orqanın iclaslarına gəlibsə də, bu, çox az olub.

Bəlkə də, sual versək, hansısa bir cavablar alarıq, lakin biz səbəblərə deyil, nəticələrə baxıb fikir yürüdürük.

Əlqərəz, Vasif Talıbov Naxçıvan Ali Məclisinin ali kürsüsündəki vəzifəsini itirsə də, o, 1 saylı Şərur-Sədərək seçki dairəsini Milli Məclisdə təmsil edən deputat mandatı ilə vidalaşmayıb.

Məsələni başqa mövzu üzərinə gətiririk, cənab Talıbov Milli Məclis deputatıdırsa, ən azından, təmsil etdiyi dairə üzrə seçicilərin səsini dinləməlidir.

İkinci bir cəhətdən, onun Milli Məclis iclaslarına gəlməməsi üçün bəhanələri də qalmır, yəni artıq elə yüksək vəzifə sahibi deyil ki, işlərinin çoxluğuna istinad edib parlamentin toplanışlarına təşrif buyurmasın.

Bəlkə də, Vasif Talıbovu qaytarmadılar – Milli Məclis iclaslarına. Lakin ortaya bir məsələ də çıxır ki, bunun da üzərindən sükutla keçmirik.

Kiməsə xırda bir detal kimi gələ bilər, lakin Vasif müəllim artıq Ali Məclis sədri olmadığından o, parlament iclaslarına gəlməsə də, heç olmasa, Milli Məclis komitələrinin birinin üzvü olmalıdır.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Milli Məclisin deputatı Milli Məclisin komitəsinin üzvü olmaya bilər.

Bu bənd Vasif Talıbova şamil edilirdi, özü də qanun çərçivəsində, ta o zamana qədər ki, Vasif Talıbov Ali Məclis sədrliyindən getdi.

İndi Vasif Talıbov Ali Məclis sədri olmadığına görə Parlamentin Daxili Nizamnaməsinin yuxarıda dediyimiz müddəası ona nisbətdə qüvvəsini itirir.

Yenə də ehtimal üzərində danışaraq qeyd etmək olar ki, Vasif Talıbovu, bəlkə, komitə üzvü də etmədilər.

Elə isə sual oluna bilər ki, Vasif Talıbovun ümumiyyətlə deputat mandatının əlindən alınması müzakirə olunur?

Düzü, bununla bağlı prosedurun başlanması üçün hələ bir əsas yoxdur, çünki mandatdan məhrum etmək fərqli şərtlər var.

Azərbaycan Konstitusiyasının 89-cu maddəsinə əsasən, Milli Məclisin deputatı aşağıdakı hallarda mandatından məhrum edilir:

1. seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;

2. Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;

3. cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;

4. dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);

5. özü imtina etdikdə;

6. bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;

7. deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.

Birinci bənd sırf seçki prosesi ilə əlaqəlidir və Vasif Talıbovun səslərinin legitimliyi rəsmi prosedurlarda təsdiqlənib.

Dördüncü bənddən danışarkən, Vasif Talıbovun bundan sonra dövlət orqanlarında vəzifəyə təyinat alacağı inandırıcı gəlmədiyindən, deməli, bu bənd də deputat mandatının itirilməsi üçün keçərli deyil.

3-cü bəndə gəlincə, Vasif Talıbovun cinayət törətməsinə dair məhkəmə hökmü yoxdur, ümumiyyətlə, bu barədə heç cinayət işi açıldığına dair məlumatlar belə, mövcud deyil.

Əlqərəz, ana qanunumuzun 89-cu maddəsi üzrə bəndlərə diqqətlə baxsaq, görə bilərik ki, Vasif Talıbovun deputatlıq mandatına iki hal üzrə xitam verilə bilər:

1. Özü imtina etdikdə,

2. Əgər onun kommersiya fəaliyyəti ilə məşğuliyyəti təsdiq olunarsa.

Deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozmaq halı ilə bağlı isə hansısa dəlilimiz yoxdur.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?