azadses.az » Cəmiyyət » Rayondan Bakıya gələnlərin DİQQƏTİNƏ: “Yaşayış yerindən kənarda 60 gündən çox yaşayıb cərimələnməmək üçün...”

Rayondan Bakıya gələnlərin DİQQƏTİNƏ: “Yaşayış yerindən kənarda 60 gündən çox yaşayıb cərimələnməmək üçün...”

Rayondan Bakıya gələnlərin DİQQƏTİNƏ: “Yaşayış yerindən kənarda 60 gündən çox yaşayıb cərimələnməmək üçün...”
Yaşayış yerindən kənarda 60 gündən artıq yaşamaq istəyən vətəndaşlar Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bu barədə ötən gün Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, əgər şəxslər yeddi iş günü ərzində prosesi icra etməsələr, onlara xəbərdarlıq ediləcək və 30 manat cərimə olunacaqlar. Çünki olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olur.

Məsələyə münasibət bildirən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov Oxu.Az-a açıqlamasında qeyd edib ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinə görə, vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır:



“Həmçinin yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra yeddi iş günü ərzində tələb olunan sənədləri ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Nəticədə həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. Təbii ki, bir müddət sonra vətəndaş olduğu yerdən getdikdə müvafiq dövlət orqanı onu qeydiyyatdan çıxarır”.

Millət vəkili bildirib ki, sözügedən qərarın cəmiyyətimizə böyük faydası var:

“Bu qanunvericiliyin pozulması İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə məsuliyyətə səbəb olur. Bildirim ki, 1990-cı illərin sonu və 2000-ci illərdə bu sahədə pərakəndəlik vardı. İnsanların getdikləri yerdə qeydiyyatda olmaları və daha sonra çıxmaları həm polis, həm də məhkəmə orqanlarına yaşayış sənədlərinin alınıb təqdim olunmasında böyük problem yaradırdı. Bu proseslə bağlı dövlət orqanlarına müraciət edəndə əvvəlki illərdə buraxılmış fəsadlar hiss olunurdu. Ona görə də sistemin tam sadələşdirilməsi hər birimiz üçün vacib məsələdir”.

Müsahibimiz hesab edir ki, belə bir addımın atılması həm də hüquqi işlər üçün vacibdir:

“Bu qanundan əvvəl olduğu yerin araşdırılması müvafiq orqanların işini çətinləşdirirdi. Düşünürəm ki, şəxsin olduğu yerlə bağlı hüquqi sənədin olması həm də bəzi şəxsləri cinayət əməllərindən çəkindirər. Bundan əlavə, hərbi səfərbərlik, sosial müavinət, evlənmək, boşanmaq kimi məsələlərlə bağlı da insanın faktiki yaşadığı yerin dəqiq bilinməsi vacibdir. Bu proses vətəndaşların tez tapılmasına xidmət edir”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Argentinada 6 maqnitudalı zəlzələ olub
  2. Şanlıurfada yol qəzası olub, ölənlər var
  3. Lerik rayonunda zəlzələ baş verib
  4. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
  5. Salyanda yay şumu qaldırılır
  6. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  8. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  9. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  10. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu