azadses.az » Cəmiyyət » Xərçəng şişi yaratdığı bildirilən dərmanların Azərbaycana idxalı məsələsinə aydınlıq gətirildi

Xərçəng şişi yaratdığı bildirilən dərmanların Azərbaycana idxalı məsələsinə aydınlıq gətirildi

Xərçəng şişi yaratdığı bildirilən dərmanların Azərbaycana idxalı məsələsinə aydınlıq gətirildi

Ötən gün “Glaxo” dərman şirkətinin istehsal etdiyi “Zantac” dərmanının tərkibində kanserogen olduğu və xərçəng şişi yaratdığı ilə bağlı məlumat yayılıb. Bildirilib ki, bu dərmandan Azərbaycanda da istifadə olunur.

Məsələ ilə bağlı Analitik Ekspertiza Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycana dərman idxalı özəl şirkətlər tərəfindən həyata keçirilir:

“Azərbaycanda “Ranitidin” tərkibli “Zantac” dərmanı inyeksiya şəklində, “Ranitidin”in özü isə vaxtilə tablet şəklində istifadə edilib, amma onun tərkibində hansısa zərərli maddələrin olması barədə dünyada məlumatlar yayılan dövrdən, yəni 2019-2020-ci ildən sonra idxal üçün müraciət olunmayıb və müvafiq olaraq, icazə də verilməyib. Ölkəyə “Zantac”, “Ranitidin”, “Simetidin” adlı dərman vasitələri 3-4 ildir ki, rəsmi olaraq idxal edilmir”.

Qeyd edək ki, ötən gün yayılan məlumatda “Ranitidin”, “Simetidin”lə yanaşı “Famotidin” dərmanının da adı çəkilir.

Məsələ ilə bağlı AEM-in açıqlamasında bildirilib ki, adıçəkilən dərman dərman vasitələrindən ölkəmizdə yalnız Gedeon Rixter şirkətinin istehsalı olan “Famotidin” tərkibli “Kvamatel” gətirilir ki, onun tərkibində zərərli maddələrin olması barədə heç bir məlumat yoxdur:

“Sonuncu dəfə “Kvamatel”in idxalına 24.01.2023-də icazə verilib və 3600 qutu idxal edilib. Analitik Ekspertiza Mərkəzinin səlahiyyətlərinə yalnız ölkəyə idxal edilən dərman vasitələrinin laborator analizini aparmaq, sənədlərinin uyğunluğunu yoxlayaraq, onları qeydiyyata almaq, həmçinin idxal icazəsi vermək daxildir. Dərman vasitələrinin monitorinqi qanunvericiliyə uyğun olaraq, yalnız rəsmi şikayət olduğu təqdirdə konkret satış ünvanında aparıla bilər.

Əgər hansısa vətəndaş hazırda yuxarıda adıçəkilən dərmanların apteklərdə satışı faktına rast gəlsə, o zaman Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin qaynar xətti, aem@pharma.az elektron ünvanına və ya pharma.az saytının “Müraciət” bölməsindən istifadə edərək, bizi xəbərdar edə bilər. Əmin olun ki, məsələ qısa zamanda operativ şəkildə araşdırılıb, müvafiq tədbirlər görüləcək”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Azərbaycan Ordusunun mövqeləri Tovuzqala istiqamətindən atəşə tutulub
  2. Gəncədə 6 nəfər tortdan zəhərlənib
  3. Hövsan qəsəbəsində işıq olmayacaq
  4. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  5. Balakəndə qadın hamamda ölü tapılıb
  6. FHN çimərlik mövsümü ilə əlaqədar matros-xilasedici vəzifəsinə müsabiqə elan edir
  7. Bakının iki rayonunda qaz olmayacaq
  8. Goranboyun Qazanbulaq qəsəbəsi qazsız qalıb
  9. Gəncədə bir ailənin üç üzvü qidadan zəhərləndi
  10. Gəncədə 23 yaşlı gəncin boğazı kəsilib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Moskvada akademik Məmməd Əliyevin 70 illiyinə həsr olunmuş kitabın təqdimatı keçirilib
Moskvada akademik Məmməd Əliyevin 70 illiyinə həsr olunmuş kitabın təqdimatı keçirilib
Moskvada Rusiya Səhiyyə Nazirliyinin "Rusiya Milli Tibbi Tədqiqat Radioloji Mərkəzi" Federal Dövlət Büdcə Ətraflı
Alimlər içməli suyu təmizləyən yeni mikrob kəşf ediblər
Alimlər içməli suyu təmizləyən yeni mikrob kəşf ediblər
Miçiqan Universitetinin amerikalı alimləri qrunt sularının təmizlənməsində əsas rol oynayan dərin torpaq qatlarında (20 metrə Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar