azadses.az » Cəmiyyət » Qubada alma ağaclarını kütləvi şəkildə qırıb odun kimi satırlar - FOTO

Qubada alma ağaclarını kütləvi şəkildə qırıb odun kimi satırlar - FOTO

Qubada alma ağaclarını kütləvi şəkildə qırıb odun kimi satırlar - FOTO
Quba və Xaçmaz rayonlarında bağçılıqla məşğul olan şəxslər kütləvi olaraq alma ağaclarını kəsməyə başlayıblar. Kəsilən ağaclar yol kənarlarında odun kimi satışa çıxarılıb.

Bəs görəsən, öz almaları ilə məşhurluq qazanan qubalılar niyə bağları məhv edirlər?

Bizim.media-nın əməkdaşı məsələ ilə bağlı araşdırma aparmağa çalışıb. Xaçmaz RİH başçısının müavini Bəxtiyar Osmanov bildirib ki, bağçılıqla məşğul olan fermerlər köhnə bağların artıq səmərə vermədiyini əsas gətirərək yeni bağlar salmağa üstünlük verirlər.

Buna görə, qurumuş, məhsuldarlığı az olan alma ağaclarının çıxarılması həyata keçirilir. Bu, həm də yaza hazırlıq işlərinin bir hissəsidir. Bəzi bağlarda isə budama işləri aparılır.

Alma ağaclarının qırılmasına Aqrar Xidmətlər Agentliyinin Quba regional təlim mərkəzinin aparıcı mütəxəssisi Pərvin Süleymanov da münasibət bildirib. Onun sözlərinə görə, fermerlər köhnə sort alma ağaclarını səmərəli saymırlar:

“Bu prosesi alma biznesi ilə məşğul olan sahibkarlar həyata keçirirlər. Onlar indi həm məhsulun təyinatını, həm də sxemini dəyişirlər. Qırılan alma ağaclarının yerində fındıq, yonca əkməyə üstünlük verənlər də var. Sxemi dəyişənlər isə məhsulun səmərəliliyinin daha çox artmasını əsas götürürlər.

Belə ki, əvvəllər 5×3 sxemi ilə 1 hektar bağda olan 667 alma ağacından maksimum 30-40 ton alma götürmək mümkün olurdu. Yeni 4×1 sxemi ilə əkilmiş bağda isə 2000-3000-ə qədər ağac olur. Yeni bağın məhsuldarlığı isə 100 tona çatır. Yəni indi sahibkar işlərini bazar iqtisadiyyatının tələblərinə uyğun planlayır”.

P.Süleymanovun fikrincə, görülən işlər və aparılan yeniliklər Quba almasının gələcəyini təhlükə altına almır. Bunun elə də təsiri olmayacaq.

Amma yerli əhalinin dediyinə görə, Qubada artıq yerli alma sortu tapmaq müşkül məsələdir. İndi əsasən məhsuldar sortlar əkilir, onların da əksəriyyəti geni dəyişdirilmiş meyvələrdir.

Bir çox fermerlər isə istehsal istiqamətlərini tamamilə dəyişdirirlər. İndi Qubada almadan çox geni dəyişdirilmiş gilas ağacları əkilir.



DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Argentinada 6 maqnitudalı zəlzələ olub
  2. Şanlıurfada yol qəzası olub, ölənlər var
  3. Lerik rayonunda zəlzələ baş verib
  4. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
  5. Salyanda yay şumu qaldırılır
  6. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  8. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  9. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  10. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu