Prezidentin köməkçisi sosial şəbəkələrdə operativ qərargahla bağlı videolardan danışdı: “İstedadlı uşaqlardır”
- 8-08-2020, 10:44
- Cəmiyyət

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
O qeyd edib ki, müharibə bitəndən sonra kimə hansı formada təltifin düşməsi mükazirə olunacaq:
“Burada ictimaiyyətin də rolu vacibdir. Son zamanlar internetdə operativ qərargah haqqında kliplər yaranıb. Onlar həddindən artıq istedadlı uşaqlardır. Olmazdı ki, onlar istedadını başqa yerə yönəldib həkimlər haqqında sosial çarxlar hazırlasınlar?!”