azadses.az » Cəmiyyət » Azərbaycanda bağlarda monitorinqlər aparılaraq təsərrüfat subyektlərinin reyestri formalaşdırılır

Azərbaycanda bağlarda monitorinqlər aparılaraq təsərrüfat subyektlərinin reyestri formalaşdırılır

Azərbaycanda bitki sağlamlığının izlənilməsi məqsədilə 2 500 pomidor, 326 alma, 1 062 kartof, 68 soğan təsərrüfatında və 64 meyvə bağında monitorinqlər aparılaraq təsərrüfat subyektlərinin reyestri formalaşdırılır.

Bu barədə "Report"a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsində müstəsna rola malik olan bitki sağlamlığının qorunması, həmçinin xəstəliklərin, zərərvericilərin vaxtında aşkarlanaraq onlara qarşı effektiv mübarizə tədbirlərinin görülməsi məqsədilə tədbirlər isə mütəmadi olaraq həyata keçirilir. AQTA-nın fəaliyyət göstərdiyi ötən dövr ərzində respublikamıza virus və bakteriyaların daxil olmasının qarşısının alınması məqsədilə 23 ölkəyə əlavə idxal tələbləri müəyyənləşdirilib. Virus xəstəliklərinin ölkəyə daxil olmasının və yayılmasının qarşısının alınması məqsədilə təsərrüfatlarda mütəmadi monitorinqlər keçirilir, idxal və ixrac edilən məhsul partiyaları təyin olunmuş tezliklərlə virusoloji müayinələrə cəlb edilir. Karantin tətbiq olunan zərərli orqanizmlərin ölkə üzrə yayılma arealı müəyyənləşdirilərək xəritələşdirilməsi həyata keçirilir. Bitki sağlamlığının izlənməsi istiqamətində hazırlanan Milli Monitorinq Planı icra edilir. Təsərrüfatlarda aparılan monitorinqlərin elektron modulu hazırlanıb. Həmçinin fitosanitar nəzarət çərçivəsində 180 pomidor istehsalı təsərrüfatında sağlamlaşdırma tədbirləri aparılıb. Ölkədə bitki sağlamlığının izlənilməsi məqsədilə 2 500 pomidor, 326 alma, 1 062 kartof, 68 soğan təsərrüfatında və 64 meyvə bağında monitorinqlər aparılaraq təsərrüfat subyektlərinin reyestri formalaşdırılır. Bitki mühafizəsi vasitələrinin qeydiyyatının və idxalı prosedurlarının sadələşdirilməsi ilə əlaqədar olaraq preparatın ilkin və təkrar dövlət qeydiyyatına alınması zamanı təqdim edilən sənədlərlə bağlı tələblər sadələşdirilir. Bundan əlavə, preparatın təkrar dövlət qeydiyyatına alınması üçün sahibkar tərəfindən bir ay öncədən ediləcək müraciətin vaxtı üç ay öncəyə qədər uzadılıb. Müxtəlif ölkələrdən idxal olunan bitki və bitkiçilik məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar həmin ölkələrə ümumilikdə 917 bildiriş göndərilib. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Beynəlxalq Konvensiyaların, Avropa Birliyinin və Türkiyə Respublikasının təcrübələri nəzərə alınaraq, ilk dəfə Azərbaycanda 238 adda təsiredici maddənin qadağan olunması barədə siyahı hazırlanaraq təsdiq edilib.

Həmçinin bitki sağlamlığının təmin olunması ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyasında entomoloji, herboloji, fitohelmintoloji, mikoloji, bakterioloji və virusoloji ekspertizalar aparılır. Kompleks Tədqiqatlar Laboratoriyasında beynəlxalq metodlardan istifadə edilərək, pestisid və aqrokimyəvi maddələrin laboratoriya sınaqları həyata keçirilir. Laboratoriyada əsasən pestisidlərin təsiredici maddələrinin miqdarı, aqrokimyəvi maddələrin isə element tərkibi və digər keyfiyyət göstəriciləri təyin edilir. Milli Referens Laboratoriyasında meyvə-tərəvəz məhsullarında pestisidlərin qalıq miqdarları təyin olunur. Eyni zamanda Xaçmaz, Lənkəran və Tovuz Regional Sınaq Laboratoriyalarında bitki və bitkiçilik məhsullarında, eləcə də digər karantin nəzarətində olan məhsullarda zərərverici həşərat və gənələrin, herboloji ekspertiza zamanı alaq otları və toxumların, mikoloji ekspertiza zamanı fitopatogen göbələklərin, fitohelmintoloji ekspertiza zamanı isə fitopatogen nematodların və ya onların sistalarının aşkarlanması, həmçinin zərərli orqanizmlərin morfoloji və morfometrik əlamətlərinə əsasən növ mənsubiyyətinin təyin olunması həyata keçirilir.

Qeyd edək ki, hər il mayın 12-də Beynəlxalq Bitki Sağlamlığı Günü qeyd edilir. Burada əsas məqsəd bitki örtüyünün məhv olmasının qarşısını almaqdan, ərzaq çatışmazlığını aradan qaldırmaqdan, yoxsulluğu azaltmaqdan, həmçinin biomüxtəlifliyin və ətraf mühitin mühafizəsi barədə dünya əhalisinin məlumatlılığını artırmaqdan ibarətdir.

Beynəlxalq Bitki Sağlamlığı Günü ilə əlaqədar hər il dünyanın bir çox ölkələrində bitki sağlamlığının təmin edilməsi və ətraf mühitin qorunması istiqamətində tədbirlər həyata keçirilir. Bu gün çərçivəsində insan, heyvan və ətraf mühit sağlamlığı arasında birbaşa asılılığı önə çəkən “Vahid sağlamlıq” konsepsiyasına uyğun təşkil olunan tədbirlər prosesə öz töhfəsini verir.

Beynəlxalq Bitki Sağlamlığı Günü ilə əlaqədar müvafiq təşkilatlarla birgə AQTA tərəfindən də silsilə tədbirlər görülür.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Argentinada 6 maqnitudalı zəlzələ olub
  2. Şanlıurfada yol qəzası olub, ölənlər var
  3. Lerik rayonunda zəlzələ baş verib
  4. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
  5. Salyanda yay şumu qaldırılır
  6. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  8. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  9. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  10. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu