Ali Məclisin sədri: "Özbəkistanda Ulu Öndərin xatirəsi dərin hörmətlə yad olunur"
- 15-05-2023, 17:00
- Cəmiyyət
"Özbəkistanda Ulu Öndərin xatirəsi dərin hörmətlə yad olunur".
"Report" xəbər verir ki, bunu Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva mayın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
Tənzilə Narbayeva hər iki dövlət başçısının rəhbərliyi ilə Azərbaycan və Özbəkistanda bütün sahələrdə uğurların əldə edildiyini vurğulayıb.
Özbəkistan Ali Məclisi Senatının sədri Ümummilli Liderin 100 illiyinə həsr olunmuş Milli Məclisin xüsusi iclasında iştirakından məmnunluq hissi keçirdiyini bildirərək Ulu Öndərin ölkələrimiz arasında dostluq münasibətlərinin qurulmasında xüsusi rolunu qeyd edib.
Vurğulayıb ki, Özbəkistanda Ulu Öndərin xatirəsi dərin hörmətlə yad olunur və dahi şəxsiyyətin anadan olmasının 100 illiyi münasibətilə tədbirlər davam edir.