azadses.az » Cəmiyyət » Ali Məhkəmənin İnzibati Kollegiyası mübahisəli hüquqi məsələni müzakirəyə çıxarır

Ali Məhkəmənin İnzibati Kollegiyası mübahisəli hüquqi məsələni müzakirəyə çıxarır

Azərbaycanın Ali Məhkəməsinin İnzibati Kollegiyası məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə növbəti dəfə Azərbaycan İnzibati-Prosessual Məcəlləsinin 98-1-ci maddəsində təsbit edilmiş mexanizmdən istifadə olunmasına qərar verib.

Bu barədə “Report”a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, İnzibati-Prosessual Məcəlləsinin 98-1-ci maddəsinə müvafiq olaraq, Ali Məhkəmənin məhkəmə tərkibi işə kassasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin İnzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır:

“Hazırda mübahisəli hüquqi məsələ konkret inzibati iş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinin əsaslandırılmış şikayət hesab edilməklə Ali Məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyü ilə bağlıdır. İşə baxan məhkəmə tərkibi sözügedən məsələyə dair kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarlarında müəyyən etdiyi hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməli olduğu qənaətinə gəlmişdir.

Belə ki, icraat iştirakçılarının verdiyi kassasiya şikayətlərinin mümkünlüyü ilə bağlı məsələyə münasibətdə Ali Məhkəmənin İnzibati Kollegiyasının əksər işlər üzrə tətbiq etdiyi yanaşma ondan ibarətdir ki, şikayətin məzmununda işin hallarının, məhkəmənin gəldiyi nəticənin göstərilməsi, o cümlədən maddi və prosessual hüquq normalarına onların şikayətdə sadalanması yolu ilə istinad edilməsi həmin şikayətin mümkün hesab edilməsi üçün kifayət edir.

Hazırda işə baxan məhkəmə tərkibi isə hesab edir ki, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusunun nədən ibarət olduğu işin halları ilə əlaqəli şəkildə ətraflı təsvir edilməli, başqa sözlə, normaların yalnız sadalanması ilə kifayətlənilməməli, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin konkret hansı normaya və nəyə görə zidd olması lazımi qaydada əsaslandırılmalıdır.

Məhkəmə tərkibi, həmçinin hesab edir ki, şikayətin mümkünlüyü ilə bağlı məsələ həm də mövcud məhkəmə təcrübəsi nəzərə alınmaqla həll olunmalıdır. Əks yanaşma, Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi yaratmaqla bağlı funksiyasının və rolunun əhəmiyyətsizliyinə gətirib çıxarar, hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etməyə imkan verən hüquqi mexanizmlərin əhəmiyyətini heçə endirər.

Odur ki, baxılan iş üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin mövqe kifayət qədər müddət ərzində tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin sözügedən təcrübə ictimaiyyət üçün əlçatan və tərəflərə bəlli olduqda, əgər kassasiya şikayəti həmin təcrübə nəzərə alınmadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilməli və baxılmaq üçün icraata qəbul olunmamalıdır.

Ali Məhkəmənin formalaşmış məhkəmə təcrübəsinə uyğun çıxarılmış qərarlardan verilmiş şikayətlər təcrübəni dəyişməyə yönəlmiş heç bir əhəmiyyətli yeni faktiki hallara və hüquqi əsaslara istinadla əsaslandırılmamışsa, həmin şikayət “formal” xarakter daşımaqla, məhkəmə prosesinin müddətinin uzanmasına, şəxslərin pozulmuş hüquqlarının bərpasının yubanmasına, məhkəmələrin əsassız olaraq işlə yüklənməsinə və əlavə məhkəmə xərclərinin sərf olunmasına gətirib çıxarır, ədalət mühakiməsinin keyfiyyətinə neqativ təsir edir.

Beləliklə, “əsaslandırılmış kassasiya şikayəti”nin hansı meyarlar əsasında müəyyən edilməli olması və bununla bağlı yeni hüquqi mövqenin qəbul edilməli olub-olmaması məsələsi ortaya çıxıb”.

“Qeyd edilənlər nəzərə alınaraq, mübahisəli hüquqi məsələyə dair hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 98-1-ci maddəsində nəzərdə tutulmuş hüquqi mexanizmdən istifadə olunmasına qərar verilib.

Bununla əlaqədar olaraq Ali Məhkəmə müzakirəyə çıxarılmış mübahisəli hüquqi məsələni ictimaiyyətin diqqətinə çatdıraraq maraqlı şəxsləri və təşkilatları 2023-cü ilin iyun ayının 30-dək yazılı formada əsaslandırılmış hüquqi rəylərini (amicus curiae rəyi) Ali Məhkəməyə təqdim etməklə müzakirələrdə iştiraka dəvət edir. Rəylər yazılı qaydada Ali Məhkəmənin İnzibati Kollegiyasının ünvanına və ya elektron poçt vasitəsilə ([email protected]) göndərilməlidir”, - mməlumatda qeyd edilib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?