azadses.az » Cəmiyyət » BP şirkəti UNEC-in elmi-tədqiqat potensialının artırılmasına dəstək verib

BP şirkəti UNEC-in elmi-tədqiqat potensialının artırılmasına dəstək verib

Bu gün BP şirkəti Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) elmi-tədqiqat potensialının gücləndirilməsinə dəstək məqsədli bir təhsil layihəsinin uğurla tamamlandığını elan edib.

"Report"un məlumatına görə,​ layihə bir neçə komponenti əhatə edirdi​ və bu komponentlərin hamısı universitetin professor-müəllim heyətinin, tədqiqatçılarının, doktorant və magistrantlarının dünyanın aparıcı tədqiqat mərkəzləri ilə bir araya gələrək öz elmi fəaliyyətlərində daha böyük​ uğurlara nail olmalarına dəstək məqsədi daşıyırdı.

Bu gün layihənin uğurla başa çatması münasibətilə UNEC-də keçirilən forumda çıxış edən BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Bu layihə UNEC-in beynəlxalq tədqiqat mərkəzləri və universitetlərlə etibarlı akademik tərəfdaş kimi sıx əməkdaşlıq etməsinə dəstəyimizin davamıdır. Ümid edirik ki, layihə bu universitetə ​​beynəlxalq elmi təşəbbüslərə qoşulmaq, nüfuzlu və təcrübəli bir mənbə kimi dünyanın aparıcı elmi institutları ilə əməkdaşlıq etmək imkanları yaradacaq.

Bundan öncə biz bu universitetin öz tədqiqat potensialını gücləndirmək səylərinə dəstək olaraq UNEC-ə üç laboratoriya bağışlamışıq. Fəxr edirik ki, bu laboratoriyalardan birinə - Qida Kimyası Laboratoriyasına, kimya üzrə Nobel mükafatı laureatı türk əsilli molekulyar bioloq Aziz Sancarın adı verilib. Bu dünya şöhrətli alim 2021-ci ildə özü şəxsən UNEC-ə gələrək BP-nin bağışladığı laboratoriyanın açılışını edib. Ümid edirik ki, bu layihələrimiz UNEC-də təhsilin keyfiyyətinin yüksəldilməsinə və tədqiqat potensialının genişləndirilməsinə mühüm töhfə olacaq”.

Layihə çərçivəsində BP UNEC-in Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinə tam avtomatik Drawell DTR8000 Raman spektrometri bağışlayıb. Bu cihaz nanohissəciklər və yeni materiallar, bioloji elmlər, material elmləri, tibbi analiz, kənd təsərrüfatı və qida texnologiyaları, suyun çirklənməsinin təhlili, ətraf mühit elmləri və digər aparıcı fənn sahələrdə tədqiqatlar aparmağa imkan yaradır.

BP şirkəti UNEC-in beş aliminin Florensiyadakı Nello Carrara Tətbiqi Fizika İnstitutu və Verona Universiteti ilə əməkdaşlığını dəstəkləyərək onların tədqiqat və akademik araşdırmaları üçün səfərlərini maliyyələşdirib. Bu əməkdaşlıq nəticəsində beş yüksək keyfiyyətli tədqiqat işi hazırlanaraq WoS (Web of Science) və Scopus kimi beynəlxalq elmi məlumat bazalarında dərc olunmaq üçün təqdim edilib.

BP şirkəti UNEC-in Türkiyənin Sakarya Universiteti ilə geniş tərəfdaşlıq qurmasına və onlarla birgə üç konfrans keçirməsinə dəstək verib. Bu konfranslarda 19 ölkəni təmsil edən 50-dən çox universitetin nümayəndələri iştirak ediblər. Tədbirlər kimya elmləri və texnologiyaları, humin turşuları, təbiət elmləri və mühəndislik ixtiraları kimi sahələri əhatə edib.

UNEC tərəfindən icra olunan bu layihənin müddəti 13 ay, 2022-ci ilin yanvar ayından 2023-ci ilin fevral ayınadək idi.

Layihənin ümumi dəyəri 170 min manat (100 min ABŞ dolları) olub və buraya tədqiqat avadanlıqları, UNEC-in alimlərinin tədqiqat səfərləri və üç birgə konfransın xərcləri daxil idi.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Argentinada 6 maqnitudalı zəlzələ olub
  2. Şanlıurfada yol qəzası olub, ölənlər var
  3. Lerik rayonunda zəlzələ baş verib
  4. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
  5. Salyanda yay şumu qaldırılır
  6. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  8. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  9. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  10. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu