azadses.az » Cəmiyyət » Premyer Liqa: II dövrənin startı ərəfəsində zədəli və cəzalılar - ARAŞDIRMA

Premyer Liqa: II dövrənin startı ərəfəsində zədəli və cəzalılar - ARAŞDIRMA

Azərbaycan Premyer Liqasında ikinci dövrəyə oktyabrın 20-22-də keçiriləcək oyunlarla start veriləcək.

“Report”un araşdırmasına görə, komandaların heyətində bir çox futbolçu zədə və cəza səbəbindən X turun matçlarını buraxmalı olacaq.

Turun açılış oyununda “Qarabağ”ı qəbul edəcək “Turan Tovuz”un 3 üzvü çempion önünə çıxa bilməyəcək. Kapitan Şəhriyar Əliyev, eləcə də Emmanuel Hakman və Piruzi Marakvelidze hazırda zədələrini sağaltmaqla məşğuldurlar. “Qarabağ”ın da əsas itkisi müdafiə xətti ilə bağlıdır. Belə ki, Bədavi Hüseynov hələ ki, fərdi məşqlərlə kifayətlənir. Onun növbəti həftədən kollektivə qoşulması gözlənilir. Bəhlul Mustafazadə isə artıq sıraya dönüb, hətta komanda ilə məşqlərdə də iştirak edir.

“Səbail”in yeganə itkisi Cabir Əmirlidir. Türkiyədə dizindən əməliyyat olunan müdafiəçi üçün 2023-cü il bitib. “Neftçi” isə sabah Şahin Diniyevin komandasına qarşı iki aparıcı yarımmüdafiəçisinin xidmətindən yararlana bilməyəcək. Eddi İsrafilovun zədəsi davam etdiyi üçün “Səbail”lə qarşılaşmanı buraxacaq. Kapitan Emin Mahmudov isə ötən turda 4-cü sarı vərəqəni aldığı üçün cəzalı duruma düşüb.

Lider “Zirə” “Kəpəz”lə səfər qarşılaşmasında 4 futbolçunun xidmətindən məhrum olacaq. Kapitan Qismət Alıyev sarı vərəqə cəzalısıdırsa, İsmayıl İbrahimli, Felipe Paxtman və Pərviz Azadov zədə ucbatından Tovuzdakı görüşü buraxacaqlar. “Kəpəz”də isə yalnız yarımmüdafiəçi Olavale Onanuqa məşqçilər korpusunun sərəncamında olmayacaq.

Bu mövsüm heç cür ideal heyəti bir araya gətirə bilməyən “Sabah”da baş məşqçi Murad Musayev “Sumqayıt”la qarşılaşmada da iki əcnəbi oyunçusuna şans verə bilməyəcək. Boyan Letiçin cəza müddəti yalnız “gənclik şəhəri” təmsilçisi ilə matçdan sonra bitəcək. Kristian Sebalyos isə zədədən əziyyət çəkir. İspaniyalı hücumçu məşqlərə başlasa da, hələ tam bərpa olunmayıb.

Yaranmış fasilə, deyəsən, ən çox “Sumqayıt”ın işinə yarayıb. “Kəpəz”lə son oyunu buraxan qapıçı Mehdi Cənnətov “Sabah”la görüşə hazırdır. Kristian Velinovskinin də zədəsi sağalıb. Lakin o, hazırda fərdi məşqlərlə kifayətləndiyindən, böyük ehtimalla qarşılaşmanı buraxacaq. Milli komandalarda olan oyunçulardan Kasimir Ninqa düşərgəyə qayıdıb, Erik Sorqa və İsa Suliman isə bu gün kollektivə qoşulacaq.

“Araz-Naxçıvan”ın “Qəbələ” ilə səfər oyunu ərəfəsində yeganə itkisi Vanderson Melodur. 4 sarı vərəqə limitini dolduran braziliyalı yarımmüdafiəçi cəzalıdır. Melonun yüngül zədəsi də var. “Qəbələ”də isə problemlər daha çoxdur. Asif Məmmədov, Feras Abu Akal və Kristof Atanqananın zədə ucbatından qarşılaşmanı buraxacaqları dəqiqdir. Əvəzində Urfan Abbasovla Gilad Abramov tam sağalaraq, kollektivə qoşulublar.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Rusiyada minik avtomobillərinin qəza reytinqi - İlk sırada tanınmış model
  2. Günəş "oyanır": Bu il rekord sayda maqnit fırtınası ola bilər
  3. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  4. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  5. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  6. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  7. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  8. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  9. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  10. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Möminə xatun türbəsi bərpa olunacaq
Möminə xatun türbəsi bərpa olunacaq
Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq. “Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Naxçıvan şəhərində Ətraflı
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib