azadses.az » Cəmiyyət » Aldanmış əmanətçilərin problemi yoluna qoyulacaqmı?

Aldanmış əmanətçilərin problemi yoluna qoyulacaqmı?

Konstitusiya Məhkəməsi bu il yaz aylarında müflis elan olunmuş AGBank, NBC Bank, AtaBank təşkilatlarındakı sığortasız əmanətlərin qaytarılmasına dair gözlənilən qərarı verib. Belə ki, hazırda ləğv prosesində olan hər üç bankda dondurulmuş əmanətlərin sahiblərinə də müvafiq təzminatlar ödəniləcək. Əmanətlərin Sığortalanması Fondundan (ADIF) verilən məlumata görə, bu işlərə ayın 14-dən başlanılacaq.
İkiqat xəta
Məlum olduğu kimi, bu xoşagəlməz vəziyyətin səbəbi adıçəkilən bankların əmanət götürməmək tapşırığına  əməl etməməsi olub. Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyevin daha əvvəl dediyinə görə, bu qadağanın hələ 2017-ci il 10 oktyabr tarixindən qüvvədə olduğu AGBankda 49,2 milyon manatlıq, bu ilin 27 yanvar tarixindən qüvvədə olduğu NBC Bankda isə 12,8 milyon manatlıq əmanətlər dondurulub.
Xatırladaq ki, daha əvvəl sığortalanmamış əmanətlərlə bağlı baş verən böyük qalmaqal nəticəsində 2017-ci ildə Demir Bankın lisenziyasına xitam verilmişdi. O zaman da ADIF-in təşəbbüsü ilə əmanətçilərə təzminat ödəmək barədə qərar çıxarılmışdı.
Bu dəfə də avqustun 10-da Konstitusiya Məhkəməsinin Plenumunun dərc olunmuş qərarına görə, üç bankda dondurulmuş əmanətlərlə bağlı məsələ əmanətçilərin xeyrinə həll olunmalıdır. Qərarda həmçinin Ata Bankın 283 müştərisinə məxsus əmanətlərin sığortalandığı halda filiallar köçürüldüyü zamanı baş verən texniki xətalar nəticəsində sığortalanmamış kimi qeydiyyata alındığı göstərilir. Qalan banklarda da əmanətlər qanunsuz qəbul edilərkən müxtəlif pozuntulara yol verilibmiş.
Məntiqi qərar
Bunlara baxmayaraq, vətandaşların layiqli həyatını təmin etməyin dövlət üçün ali məqsəd olduğunu təsbit edən Konstitusiyanın 12-ci maddəsini, habelə “Banklar haqqında” və “Əmanətlərin sığortalanması haqqında” qanunların müvafiq maddələrini rəhbər tutan Konstitusiya Məhkəməsi bütün hallarda əmanətləri sığortalanmış hesab ediləcəyinə dair qərar verdi.
Həmçinin Mülki Məcəllənin 944.1 maddəsinə görə, banka qoyulan əmanətlə bağlı müqavilə əmanətçi tərəfindən depozitin banka təqdim olunması ilə imzalanmış hesab olunaraq ilkin (əsas) müqavilə kimi qəbul olunmalıdır. Belə ki, əmanətin sistemə salınması tarixi heç də əmanət müqaviləsinin imzalanması olaraq götürülə bilməz.
Beləliklə, təzminatlarını geri almaqda çətinliklə üzləşən 1 300-dən çox əmanətçinin problemi də həllini tapdı. Bu dəfə də onlara çatacaq pullar ADIF tərəfindən məxsusi ayrılmış 670 milyon manatlıq vəsait hesabına ödəniləcək. Avqustun 6-na olan məlumata görə, əmanətçilərə "Kapital Bank" və Beynəlxalq Bank vasitəsilə artıq 402,3 milyon manat ödənilib.
Bəzi ekspertlərin fikrincə, gələcəkdə bu kimi mənfi halların qarşısını almaq üçün qanunsuz qəbul edilən əmanətlərlə bağlı bütün ödənişlərin aidiyyəti bankların rəhbərlərinin şəxsi hesabına həyata keçirilməsi məqsədəuyğun olardı.
Qanun boşluqları
Məsələ bundadır ki, ayrı-ayrı banklarda əmanət qəbuluna dair qadağa və ya başqa məhdudiyyətlərə dair aidiyyəti qurumların qərarları ictimaiyyət üçün açıqlanmır. Azərbaycan Mərkəzi Bankının sədr müavini Alim Quliyevin qənaətincə, belə məlumatların açıqlanması həm müvafiq banka, həm də bütövlükdə maliyyə sabitliyinə böyük ziyan vura bilər.
Bəs belə məxfiliyin səbəbi nədir? Tənzimləyici qurumun, yəni AMB-nin bu qəbildən qərarlar verməkdə məqsədi nöqsana yol verən bankın səhvini dərk edərək ondan daşınması, əlavə maliyyə öhdəliklər götürmədən fəaliyyətini təkmilləşdirməsidir. Yəni müştərilərı üçün belə bank hələ də sapsağlam görünəcək, bank əmanət götürməyi dayandırsa, ictimaiyyət arasında şübhələr yaranar, banka qarşı etimadsızlıq ortaya çıxar. Əmanət və depozitlərin hər bir bank üçün əsas gəlir mənbəyi olduğu nəzərə alınsa, həmin bankı bağlamaqdan başqa çarə qalmayacaq. Beləliklə, bankları qorumaq üçün əslində qanunu pozmaq zərurətilə üz-üzə qalırıq.
Ekspertlərin qeyd etdiyi kimi, banklar tərəfindən AMB və ADIF-ə təqdim edilən maliyyə məlumatlar daha təfərrüatlı olsa, hər hansı əyintini aşkarlamaq da elə bir çətinlik yaratmazdı. Amma bu məsələdə bankların qəbahəti yoxdur, çünki qanuna görə bank hər müştəriyə dair yox, sadəcə ümumi rüblük hesabatını təqdim etməlidir.
Beləliklə, əslində qanunlarda mövcud olan boşluqlar üzündən banklara əmanət qoyan vətəndaşlar əziyyət çəkməli olurlar. Hələ təaminat ödəmək üçün əlavə vəsait tapmaq məcburiyyətində qalan ADIF də çətin vəziyyətdə qalır.
ADIF və AMB-dəki mənbələrə görə, bütün bunlar nəzərə almaqla qanunlardakı boşluqları aradan qaldırmaq üçün işlər gedir.
Xatırladaq ki, ölkədə əmanətlərin tam sığortalanması qaydası bu il 4 dekabr tarixində başa çatır. Yəni qanunlarda dəyişiklik layihəsi həmin tarixədək artıq hazırlanıb masa üzərinə çıxarılmalıdır.
Qulu Nuriyev, maliyyə eksperti
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?