azadses.az » Cəmiyyət » “Günay Sığorta”nın yeni Şəmkir nümayəndəliyi açıldı - Foto

“Günay Sığorta”nın yeni Şəmkir nümayəndəliyi açıldı - Foto

Azərbaycan sığorta bazarının ilk özəl şirkəti olan “Günay Sığorta”nın  əsas inkişaf prioritetləri sırasında nümayəndəlik şəbəkəsinin genişlənməsi xüsusi yer alır. Regionlarda yaşayan əhalinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanması və baş verən sığorta hadisələri zamanı isə peşəkar heyətin dəstəyi ilə müştərilərə operativ xidmətin göstərilməsi məqsədilə şirkət Şəmkir şəhərində yerləşən yeni nümayəndəliyini əhalinin xidmətinə verib.
“Qafqazinfo”nun məlumatına görə, yeni nümayəndəliyin açılış mərasimində sığorta sahəsinin peşəkar kadrlarından olan region rəhbəri Amin İsgəndərov tərəfindən sığorta məhsulu əldə edən ilk müştəriyə hədiyyə təqdim olunub. Nümayəndəlik fiziki və hüquqi şəxslərə icbari, kasko, əmlak, səfər, yük və s. sığorta məhsullarının satışını və bütün növlər üzrə sığorta hadisələrinin tənzimlənməsi xidmətlərini təklif edir.
Sığorta xidmətləri ilə yanaşı, nümayəndəlik eyni zamanda sığorta məhsullarının tanıdılması istiqamətində regionda maarifləndirmə işlərini də həyata keçirmək niyyətindədir.
Müasir tələblərə tam cavab verən, müştəri məmnunluğunu təmin etmək üçün hər bir şəraitə malik olan yeni nümayəndəlik həftə içi hər gün saat 09.00-dan 18.00-dək müvafiq olaraq Şəmkir şəhəri, 20 Yanvar küçəsi, №5D ünvanında müştərilərini gözləyir. Nümayəndəlik sığorta hadisələri və satış şöbəsi isə 7/24 müştərilərin xidmətindədir.
Açılış mərasimindən sonra şirkətin 6 aylıq nəticələri ilə bağlı Şəmkir şəhərində iclas keçirilib. İclasda maliyyə və əməliyyat göstəricilərinin müzakirəsi təşkil olunub, şirkətin müştəri məmnuniyyətinin artırılması istiqamətində addımlar,  ilin sonuna hədəflər və planların icra vəziyyəti ilə bağlı qərarlar qəbul edilib. 
“Günay Sığorta” müştəri məmnuniyyətinə nail olmağı əsas tutaraq xidmət dairəsini nümayəndəliklər vasitəsi ilə genişləndirir. Əsas məqsəd yalnız Bakı şəhərində deyil, həmçinin regionlarda yaşayan əhali üçün yeni iş yerlərinin açılması və bütün növ sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını təmin etməkdir.
Şirkət Strateji Planına uyğun olaraq bundan sonra da yeni filial və nümayəndəliklərin açılması işini davam etdirəcək.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib