Bakıdakı bu məktəblərin şagirdləri hər gün süd içəcək SİYAHI
- 4-12-2019, 14:17
- Cəmiyyət
Pilot layihə zamanı uşaqların süd həssaslığı da nəzərə alınıb
"Məktəblilər üçün süd” pilot layihəsi çərçivəsində məktəblilərə süd paylanılmasına başlanılıb. Məqsəd sağlam qidalanmanın təşviq edilməsidir.
Qida Təhlükəsizliyi Agentliyinin, Təhsil Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Səhiyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin nümayəndələrindən ibarət işçi qrup yaradılıb. Layihənin əsas hədəf dairəsi ibtidai siniflərdə təhsil alan şagirdlər nəzərdə tutulub. Layihənin həyata keçirilməsi üçün pilot ərazi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 305 nömrəli məktəb, Qaradağ rayonu, Qobu-1 yaşayış massivində yerləşən məcburi köçkünlər üçün tikilmiş 29 və 32 nömrəli məktəblər nəzərdə tutulub.
Şagirdlərə qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinə cavab verən, ölkə daxilində istehsal edilən çiy süddən termiki emal edilərək hazırlanmış süd verilməsi nəzərədə tutulub.
Südə qarşı həssaslığı olan şagirdlərin layihədən kənar tutulması məqsədilə sorğu anketləri hazırlanıb və doldurulması məqsədilə valideynlərə təqdim edilib. Sorğu anketlərinin nəticələrinə əsasən valideynlər tərəfindən razılıq verilən şagirdlərə süd paylanılıb.