azadses.az » Cəmiyyət » Müharibə vaxtı 5 yaşı vardı, indi özünü Qarabağ əlili kimi təqdim edir

Müharibə vaxtı 5 yaşı vardı, indi özünü Qarabağ əlili kimi təqdim edir

Hazırda paytaxt Bakının əsas problemlərindən biri də qanunsuz tikililərlə bağlıdır. Xüsusilə neft mədənlərinin ərazisində, boru kəmərlərinin mühafizə zonasında tikilən evlər həm əhalinin sağlamlığı, həm də neft sənayesinə yaratdığı maneələr baxımından ciddi narahatlıq doğurur. 

Bəzi insanlar hüquq mühafizə orqanlarının, həmçinin SOCAR-ın Təhlükəsizlik İdarəsinin bütün xəbərdarlıqlarına baxmayaraq neft sənayesi torpaqlarında tikinti işlərini davam etdirirlər. Özü də bu cür ərazilərdə zəbt olunma prosesi get-gedə genişlənməklə bir neçə mərhələdə aparılır. Əvvəlcə gizli şəkildə gecə vaxtı ev tikib dam örtüyünü vururlar. Bu vəziyətdə bir müddət yaşadıqdan sonra əraziyə hasar çəkirlər. Daha sonra hasarın içində bir neçə ev tikib ya satırlar, ya da kirayə verirlər. Bax beləcə illərdir neft sənayesinə məxsus torpaqlar zəbt olunur.Gürcüstan vətəndaşı Urxan Hüseyinov da Binə Atçılıq yaşayış sahəsində 12 ildir yaşadığı evin həyətinə hasar çəkmək qərarına gəlib. Lakin onun zəbt etdiyi ərazi 300 mm-lik Buzovna-Ramana neft kəmərinin mühafizə zonasına düşür. Təbii ki, qanunsuz tikilən evin sənədləri yoxdur. Urxan gah evin bibisi Novruzova Zərnişan Aslan qızına məxsus olduğunu, gah da sənədləri itirdiyini deyir. Bu qanunsuz işlərdə onun "yol göstərəni" isə özünü jurnalist, radiofm.az saytının təsisçisi kimi təqdim edən Aqil Böyükxan oğlu Məmmədovdur. 1985-ci il təvəllüdlü Aqil Məmmədov Qarabağ müharibəsi əlili olduğunu, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etdiyini deyir, elə buna görə də əmisi oğlunun qanunsuz tikintisinə göz yumulmasını tələb edir. Qarabağ müharibəsi vaxtı 5-9 yaşı olan Aqilin müharibədə iştirak etmədiyi, aşkar şəkildə saxtakarlıq edib özünü Qarabağ müharibəsi əlili kimi təqdim etdiyi görülür. Çünki bu şəxs yaxşı bilir ki, Aərbaycan cəmiyyətində, eləcə də SOCAR-da Qarabağ qazilərinə böyük ehtiram, hörmət göstərilir, ona görə də bu addan istifadə etməyə çalışır.

Üstəlik "əmim oğlu" dediyi Urxanla fərqli soyad daşımaları, birinin gürcüstanlı, digərinin zəngilanlı olması da Aqilin yalan danışmağa adətkar olduğun göstərir. 

Araşdırmalar onu deməyə əsas verir ki, bəzi şəxslər Qarabağ müharibəsi əlili adından istifadə edərək neft kəmərlərinin mühafizə zonasında, mədən ərazilərində qanunsuz tikinti işlərinə havadarlıq edir. Onlar tikinti sahiblərindən müxtəlif məbləğlərdə pul alıb "hər şey mənlikdir" kimi vədlər verilər. SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları qanunsuz tikinti işlərini aşkarlayıb onun qarşısını almağa çalışanda isə münaqişə yaradıb, "Qarabağ əlillərinə qarşı hörmətsizlik edilir" görüntüsü yaratmağa çalışırlar. 

Lakin bu cür saxtakarlardan fərqli olaraq Qarabağ müharibəsində ön cəbhədə olan 2 mindən çox qazimiz hazırda SOCAR-da çalışır. Onlardan biri də "Aprel döyüşləri”ndə düşmənin üzərinə şığıyan Elvin Orucovdur. (www.facebook.com/133540006747668/posts/2666675236767453/ )Bir vaxtlar Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda çarpışan qazimiz hazırda Azərbaycanın neft strategiyasının təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidmət aparır.

Qeyd edək ki, qanunvericiliyə əsasən neft kəmərlərindən minimum 50 metr məsafədə hər hansı tikinti işlərinin aparılması qadağandır və neft kəmərinin mühafizə zonasında tikinti işləri aparan Urxan Hüseyinov və Aqil Məmmədovun qanunsuz əməlləri barədə Xəzər Rayon Polis İradəsinə məlumat verilib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib