azadses.az » Cəmiyyət » Restoranlar açıldı, hansı qaydalara əməl etməliyik?

Restoranlar açıldı, hansı qaydalara əməl etməliyik?

Azərbaycanda karantinin yumşaldılması ilə əhalinin ən çox gözlədiyi sahələrdən biri olan restoran və kafelərin fəaliyyəti, nəhayət ki, bərpa olunur. "Qafqazinfo" xəbər verir ki, bu gündən açıq havada restoran və kafelər işə başlayıb. Restoran və kafelər pandemiyanın ən çox təsir etdiyi sahələrdən biri olduğu üçün bu müəssisələrdə fəaliyyət göstərən sahibkarlar pandemiya şərtlətinə uyğun qaydalara tam əməl olunmaqla gündəlik normal iş həyatına davam etməyi öyrənməlidirlər. Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu brifinqində bunun şərtləri açıqlanıb, xüsusi qaydalar işlənib hazırlanıb.
Nazirlər Kabinetinin “Koronavirus pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərarına uyğun olaraq açıq hava sahəsində işləyən bütün ailəvi istirahət mərkəzləri, restoran, keytrinq, yeməkxana, bufet, kafe, qəlyanaltı və s. xidmətlər aparan müəssisələr 09:00-dan 22:00-dək fəaliyyət göstərə və restoranlar müştəri qəbulunu obyektin tutumunun yarısı qədər - 50% həcmlə yerinə yetirə bilərlər. Restoran və kafelər ən azı üç tərəfdən hava axını ilə təchiz edilməli və ya üzəri tam açıq olmalıdır, müştərinin qarşısını alan hər hansı maneə olmamalıdır. İctimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə qadağan edilir. Masa və stulların seyrək düzülməsi, qida qəbulu zallarında oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən, masalararası məsafənin isə 2 metrdən az olmaması da əsas şərtlərdəndir. Restoran və kafelərin girişində hər kəsin aydın şəkildə görə biləcəyi lövhələrdə obyektdə olan masaların, oturacaqların sayı və adambaşına düşən kv.metr, masalararası məsafə haqqında məlumatlar əks etdirilməlidir. Masada əylşən müştəri sayı 6 nəfərdən çox ola bilməz.
Pandemiya dövründə bəzi yeni tələblər də gündəmə gəlib. Bu tələblərə restorana daxil olan müştərilərin hərarətinin ölçülməsi və onların obyektə maska ilə daxil olması, maskası olmayan insanlara maska təqdim edilməsi, girişdə əllərin dezinfeksiya olunması üçün antiseptik məhlulların yerləşdirilməsi və s. daxildir. Ümumi istifadədə olan əşyalara qadağalar mövcuddur: masalarda olan ədviyyat, sous, yağ, duz, şəkər, diş çöpləri bundan sonra hər bir müştəriyə özəl olaraq birdəfəlik qablaşdırılmada təqdim olunacaq.
Hazırda restoranlar və müştərilər üçün ən əsas gözlənti təmizlik tələblərinə nə dərəcədə riayət edilməsidir. Hər iki tərəf pandemiya şərtlərinə əməl etməlidir və bu zaman qarşılıqlı nəzarət çox vacibdir. Əslində, diqqətlə araşdırsaq, sanitar-gigiyenik qaydaların əksəriyyətinə pandemiyasız dövrdə də əməl olunmalıdır. Bura masaların, qab-qacağın təmizliyi, yüksək temperaturda yuyulması, mütəmadi dezinfeksiyası, aşpasların və xidmət personalının sağlamlıq arayışlarının olması, şəxsi gigiyenaya (geyim, saç, əl, dırnaq təmizliyi) və s aiddir.
Restoran və kafelərdə işçilər tibbi maska taxmalı və ondan istifadə edilməsinə nəzarət olunmalı, dezinfeksiya məhlullarından fasiləsiz istifadə edilməlidir. İş vaxtı müştəriyə xidmət göstərən zaman maskanın çənəyə endirilməsi, yaxud tamamilə ağızdan çıxarılması yolverilməzdir. Maska çirkləndikdə və ya nəmləndikdə dərhal dəyişdirilməlidir. Birdəfəlik maskalardan təkrar istifadə edilməsi qəti qadağandır.
Obyektin giriş-çıxışlarında və kassalarda dezinfeksiya məhlulundan istifadə üçün qurğular yerləşdirilməlidir. Bütün ailəvi istirahət mərkəzi, restoran, keytrinq, yeməkxana, bufet, kafe, qəlyanaltı və s. xidmətlər göstərən müəssisələrdə təmizlik və dezinfeksiya işlərinin aparılması üzrə məsul şəxs təyin edilməlidir. İş saatı ərzində mütəmadi olaraq işlək sahələrdə, iş saatlarından sonra isə bütün sahələrdə təmizlik-dezinfeksiya işləri məsul şəxsin nəzarəti altında həyata keçirilməlidir. Bundan əlavə, dövri olaraq ayda 1 dəfə inzibati binanın ərazisi, mətbəx, yemək qəbulu zalları, digər əsas və köməkçi sahələri əhatə edən dezinfeksiya tədbirləri görülməlidir. Dezinfeksiya edilməsi vacib olan sahələrə obyektin ərazisi, mətbəx, yemək qəbulu, sanitar-məişət otaqları, masa və stulların səthləri, pəncərə və pəncərə altlıqları, tutacaqlar, döşəmə və divar səthləri, qapı və qapı tutacaqları, mətbəx avadanlıqları aiddir.
İşçi heyət dəyişəkli təmiz iş geyimi ilə, həmçinin gün ərzində bir çox insanla təmasda olmaları nəzərə alınaraq, maska, əlcək, dezinfeksiyaedici məhlul və lazımi hallarda digər gigiyenik vasitələrlə təmin edilməlidir. Şəxsi gigiyena qaydalarına riayət olunmalı, tullantılarla təmasdan, təmizlik işlərindən, sanitar qovşaqdan istifadədən, asqırma və öskürmədən, pulla təmasdan, siqaret çəkdikdən sonra işçilərin əllərini təmiz yumasına və ya dezinfeksiyasına nəzarət edilməlidir.
İş geyimi ilə əlaqədar xüsusi gigiyenik qaydalara əməl olunmalıdır. İşə başlamazdan əvvəl əllər sabunla təmiz yuyulmalı, təmiz işçi forması geyinilməli, saçlar örtük altında yığılmalı və ya xüsusi tor materialdan hazırlanmış başlıqlardan istifadə edilməlidir. İş zamanı təmiz paltarda olmaq, çirkləndikdə dərhal dəyişdirilmək vacib amillərdəndir. İşçi formasında məkandan kənara çıxmaq qadağandır.
İşçi heyətin müntəzəm şəkildə müayinəsi mütləqdir. İş zamanı özündə COVID-19-a spesifik olan əlamətləri (qızdırma, quru öskürək, nəfəs darlığı) hiss edən işçinin fəaliyyəti dərhal dayandırılmalı, tibbi maska ilə təmin olunaraq qapalı otaqda izolyasiya edilməli, onun iş yeri dezinfeksiya edilməlidir. Covid-19 xəstəsi olan işçinin yenidən işə qayıtmasına yalnız karantin qaydalarına əməl etməklə sağalaraq və müvafiq laborator test müayinəsindən keçərək neqativ nəticəsi olduğu halda icazə verilir.
Müştərilər təsərrüfat obyektlərinə yalnız maskalarla daxil olmalı, maskası olmayan şəxslərə girişdə maskalar təqdim edilməlidir. Hərarətin ölçülməsi zamanı işçi heyətə mane olmaq, bundan yayınmaq qəti qadağandır. Maskalar ağız və burun nahiyəsini tam örtmək şərti ilə taxılmalıdır. Müştərilər yalnız qida qəbulu zamanı və masada əyləşdikləri zaman maskanı çıxara bilərlər. Masadan qalxıb hər hənsı bir sahəyə daxil olan zaman (kassa, sanitar qovşağı) maskadan istifadə zəruridir.
Ictimai iaşə obyektlərində epidemioloji qaydalara riayət edilməsi üçün ölkəmizdə kifayət qədər maska və gigiyenik məhsulların ehtiyatı mövcuddur, qıtlıq müşahidə olunmur. Satışda istənilən qədər maska, antiseptik və dezinfeksiya vasitələri var. Həmçinin sahibkarlara bu sahədə bəzi güzəştlər verilib və qanunvericliklə tənzimlənir. Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, epidemiyanın qarşısının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyiciləri tərəfindən aparılan zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclər məhdudiyyət qoyulmadan xərclərdən çıxıla bilər.
İctimai iaşə müəssisələri fəaliyyətə başladıqdan sonra məsul qurumlar mütəmadi keçiriləcək monitorinqlər zamanı qayda pozuntusuna yol vermiş obyektlərə qarşı qanunvericilik çərçivəsində müvafiq tədbirlər görəcək. Burada cərimələr əsas təsiredici qüvvəyə malikdir.  İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin (epidemiya əleyhinə rejimin, sanitar-gigiyena və karantin rejimlərinin pozulması) tələblərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 3.000 manatdan 4.000 manatadək, hüquqi şəxslər isə 4.000 manatdan 10.000 manatadək məbləğdə cərimə ediləcək. Hətta xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs cəzasə da tətbiq oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin (Epidemiya əleyhinə rejim, sanitar-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) tələblərinin pozulmasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 yüz manat,  hüquqi şəxslər isə 400 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur. Yuxarıda qeyd olunan qanun pozuntusu halları 1 il ərzində təkrar törədildiyi halda, fiziki şəxslərə 200 manat, vəzifəli şəxslərə 400 manat, hüquqi şəxslərə 800 manat məbləğində cərimə nəzərdə tutulur.
Həm əhali, həm də sahibkarlar bilməlidirlər ki, karantin qaydalarına ciddi əməl olunmadığı halda, virusa yoluxanlaın sayı yenidən artacaq. Biz bunu may-iyun aylarının təcrübəsində yaşamışıq. Təəssüf ki, bəzi insanların laqeydliyi və biganəliyi ucbatından qaydalara əməl etməməsi bizi sərt karantin günlərinə geri qayıtmaq təhlükəsi ilə üz-üzə qoyur. Əgər yenidən sərt karantin rejiminə qayıtmaq istəmiriksə, hamılıqla bu qaydalara riayət etməli, yeni həyat tərzinə uyğunlaşmalı, sanitar-epidemioloji tələbləri pozanlara qarşı birlikdə mübarizə aparmalıyıq. Sosial məsuliyyət və nəzarət, ictimai qınaq pandemiya ilə mübarizədə əsas silahımız olmalıdır.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?