“Azərişıq” cəbhə xəttində yerləşən kəndin enerji sistemini yenidən qurdu
- 24-08-2020, 12:04
- Cəmiyyət

Bu barədə “Report”a “Azərişıq” ASC-dən məlumat verilib.
Məlumata görə, cəbhə xəttində yerləşən kəndin elektrik enerjisi sistemi istifadəyə yararsız vəziyyətdə olub və indi tamamilə yenidən qurub. İstismara yararsız dayaq və naqillər, həmçinin transformator məntəqələri, sayğaclar yenisi ilə əvəz olunub.


