azadses.az » Cəmiyyət » Azərbaycanda karantin rejimi yenidən uzadılır — AÇIQLAMA

Azərbaycanda karantin rejimi yenidən uzadılır — AÇIQLAMA

Ukraynada karantin rejimi noyabrın 1-dək uzadılıb. Azərbaycanda sərt və ümumi karantin rejiminin sentyabrın 1-də bitməsi nəzərdə tutulur. Lakin karantin rejimin yenidən uzadılması ehtimalı böyükdür. Çünki yoluxanların sayı 3 rəqəmdən aşağı düşməyib. Bundan əlavə gündəlik yoluxanların sayı sağalanlardan xeyli çoxdur.

Bununla bağlı fikirlərini KONKRET.az-a bölüşən deputat Ramil Həsən bildirib ki, 13 şəhər və rayonda sərt karantin rejimi sentyabrın 1-nə kimi uzadılmışdı:

“Eləcə də bütün ölkə üzrə tətbiq edilən ümumi karantin rejiminin də sentyabrın 1-i bitməsi nəzərdə tutulur. Sentyabrın 1-dən sonra Operativ Qərargah son günlər yoluxanların sayının artma, azalma və sağalma dinamikasını, bu xəstəlikdən gündəlik ölənlərin sayını nəzərə alaraq bundan sonrakı mərhələ üçün qərarlarını verəcəkdir. Bu qərarlar vətəndaşlarımızın təhsillə, iş yerlərin açılması və rayonlara-gediş gəlişin təmin edilib-edilməməsini özündə ehtiva edəcək. Mənə gəlir ki, bu qərar yaxın bir neçə gündə açıqlanacaq. Biz arzu edərdik ki, son bir neçə gündə sağalanların sayı artsın, yoluxanların sayı kəskin düşsün. Ölüm sayları ümümiyyətlə olmasın”.
Milli Məclisin üzvü “COVİD 19″un yox olması ilə bağlı danışmağın hələ tez olduğunu deyib:

“Ən azından koronavirusla mübarizə çərçivəsində lazım tədbirləri alaraq müəyyən yumşalmaların olmasını arzu etməkdəyik. İş yerlərimiz açılsın. Cənab prezident vurğuladı ki, Azərbaycanda sahibkarlar ölkə iqtisadiyyatına sərmayə yatırıb, yeni iş yerlərin açılamasında iştirak etsin. Yeni müəssisələr fəaliyyətə başlasın. Ali və orta məktəblər, baxçalarla bağlı qaydalar müəyyənləşərək açılsın. Beləliklə də övladlarımızın təhsillə bağlı qarşılaşdığı problemlər ortadan qalxsın. Bu arzularımızın gerçək ola bilməsi üçün və koronavirusla bir müddət hələ də yaşayacağımızı göz önünə alaraq yeni sosial məsuliyyətimizi dərk etməliyik. Düşünürəm ki, yoluxanların sayı azalarsa, növbəti mərhələ üçün qərar da ona uyğun veriləcək. Koronavirusla mübarizə hələ dünyada davam etdiyi üçün, ölüm halları 820 mini, yoluxanların sayı isə 24 milyonu ötdüyü üçün qonşu ölkələrimiz karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı qərarlar qəbul etdi”.

Ramil Həsən fikrini belə tamamlayıb:

“Bütün bunları nəzərə alaraq bildirim ki, bizdə də karantin rejimi yenidən uzadılacaq. Amman sərt karantin rejiminə sentyabrın 1-dən sonra da davam edib-etməyəcəyimiz barədə Operativ Qərargah tərəfindən veriləcək qərardan sonra biləcəyik. Hər birimizi qoyulan qaydalara əməl etməyə çağırıram”.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib