Bakıda EducationUSA məzun sərgisi keçiriləcək
- Dünən, 15:42
- Cəmiyyət
Bakıda EducationUSA məzun sərgisi keçiriləcək.
"Report" xəbər verir ki, sərgi ABŞ-nin Bakıdakı səfirliyi Beynəlxalq Təhsil üzrə Amerika Şurası ilə birgə Birləşmiş Ştatlarda təhsil almaqda maraqlı olan orta məktəb və universitet tələbələri, üçün həmçinin onların valideynləri üçün nəzərdə tutulub.
Sərgidə Azərbaycan məzunları və səfirlik nümayəndələrinin təmsil olunduğu 30-dan çox məzun stendi olacaq və burada ABŞ səfirliyinin mübadilə proqramları ilə yanaşı, Amerika universitetləri və elmdən incəsənətə, biznesə və ictimai siyasətə kimi akademik sahələr nümayiş etdiriləcək.
Sərgi tələbələrə və valideynlərə ABŞ-də təhsil, o cümlədən bakalavr, magistratura və mübadilə proqramları haqqında birbaşa məlumat almaq üçün fürsət təqdim edir.
Səfirliyin konsulluq işçiləri də tələbə vizaları ilə bağlı məlumatları bölüşmək üçün iştirak edəcəklər. Müvəqqəti işlər vəkili Hüqo Qevara tədbirdə açılış nitqi ilə çıxış edəcək.
Sərgi mayın 17-si saat 11:00-dan 14:00-a Landmark-ın Rotunda zalında baş tutacaq.
Qeyd edək ki. son illər ABŞ-də təhsil alan azərbaycanlıların sayı əhəmiyyətli dərəcədə artıb. 2023-2024-cü tədris ili ərzində ABŞ-nin ali təhsil müəssisələrində 1,130 azərbaycanlı tələbə təhsil alıb ki, bu da əvvəlki illə müqayisədə 25,4 faiz çoxdur. Səfirliyin ingilis dili və təhsil mübadilə proqramlarında çoxlu azərbaycanlı tələbələr iştirak edir. 1993-cü ildən bəri ABŞ hökuməti tərəfindən maliyyələşdirilən 50-dən çox mübadilə proqramında 8,000-dən çox azərbaycanlı iştirak edib.