azadses.az » Cəmiyyət » Xankəndi, Xocalı və Ağdərədə teleradio yayımının təşkili müzakirə olunub

Xankəndi, Xocalı və Ağdərədə teleradio yayımının təşkili müzakirə olunub

Audiovizual Şura tikilməkdə olan "Xankəndi" radio-televiziya yayım stansiyasından (RTYS) televiziya və radio yayımının təşkili məsələsini müzakirə edib.

Şuradan "Report"a verilən məlumata görə, hazırda Qarabağda televiziya və radio yayımı "Şuşa", "Şahyeri", "Turşsu", "Həsənriz kənd" və bir sıra başqa RTYS-lərdən yayımın həyata keçirilməsi hesabına aparılır.

"Xankəndi" RTYS istifadəyə verildikdən sonra Qarabağ və Şərqi Zəngəzurda televiziya və radio yayımının əhatə dairəsi daha da genişlənəcək. Xankəndi, Xocalı, Ağdərə şəhərləri tam olaraq müasir standartlı rəqəmsal yerüstü televiziya və radio yayımı ilə, habelə analoq FM radio yayımı ilə əhatə olunacaqdır. İclasda işğaldan azad edilmiş ərazilərdə müasir teleradio yayım şəbəkəsinin qurulması istiqamətində infrastruktur operatoru olan "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İB-nin, habelə həmin bölgələrdə istifadəyə yararlı, boş radiotezliklərin müəyyən olunub istismara verilməsi sahəsində Dövlət Radiotezliklər İdarəsinin gördüyü işlər qeyd edilib və təqdir olunub.

Müzakirələrdən sonra Dövlət Radiotezliklər İdarəsindən alınmış məlumatlar və infrastruktur operatorunun ehtiyacları nəzərə alınaraq tikilməkdə olan "Xankəndi" RTYS-dən istismara verildikdən sonra DVB-T2 standartlı rəqəmsal yerüstü televiziya yayımının, DAB+ standartlı rəqəmsal yerüstü radio yayımının həyata keçirilməsi üçün müvafiq radiotezliklərin "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İB-nin istifadəsinə ayrılması haqqında qərarlar qəbul olunub.

Həmçinin, istismara veriləndən sonra ümumölkə radio yayımçılarının proqramlarının "Xankəndi" RTYS-dən analoq FM yayımının təmin edilməsi üçün müvafiq radiotezliklərin ümumölkə və həmin bölgədə fəaliyyət göstərən regional yerüstü radio yayımçıların istifadəsinə ayrılması ilə bağlı da qərar qəbul olunub.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ötən gün bank kartlarından 8 min manatdan çox pul oğurlanıb
  2. Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında görüş keçirilib
  3. Bakıda iki qardaş bıçaqlanıb
  4. Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
  5. Ötən gün cəzaçəkmə müəssisəsinin damının uçması nəticəsində xəsarət alan məhkum ölüb
  6. FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
  7. Cəlilabadda 37 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən gənc saxlanılıb - YENİLƏNİB
  8. Azərbaycanda 33 dərəcə isti qeydə alınıb
  9. Ağdamda 39 yaşlı kişi qida zəhərlənməsindən ölüb
  10. Çaylarda sululuq artıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Kolleclərin qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat başlayıb
Kolleclərin qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat başlayıb
2025/2026-cı tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb Ətraflı
Emin Əmrullayev: Təhsil getdikcə mürəkkəbləşir
Emin Əmrullayev: Təhsil getdikcə mürəkkəbləşir
Təhsil artıq şagirdlərə tək yazı-pozunu öyrətməklə yekunlaşmır, çünki hazırki dövrdə təhsil prosesi olduqca mürəkkəbdir. Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib