azadses.az » Cəmiyyət » “Binə” və “Sədərək” ticarət mərkəzləri açılmalıdır - DEPUTAT

“Binə” və “Sədərək” ticarət mərkəzləri açılmalıdır - DEPUTAT

Azərbaycanda bütün tədris müəssisələrinin fəaliyyəti sentyabrın 15-də başlayacaq.
''Azad Səs'' BAKU.WS-ə istinadən xəbər verir ki, ilkin mərhələdə ibtidai siniflər orta məktəblərdə əyani təhsil alacaqlar.
Bu il birinci sinfə gedəcək şagirdlərin sayının isə 160 min civarında olduğu deyilir. 15 sentyabra qədər şagirdlərin məktəb ləvazimatları və geyimləri ilə təmin olunması əsas problemlərdən birinə çevrilib.
Belə ki, Təhsil Nazirliyi problemin aradan qaldırılması üçün yarmarkaların təşkil olunacağı ilə bağlı açıqlama versə də, bu yarmarkalarda sıxlığın müşahidə olunacağı və nəticə etibarı ilə yoluxma riskinin artacağı istisna deyil. Mövcud vəziyyətdə “Binə” və “Sədərək” ticarət mərkəzlərinin açılması valideynlər üçün problemin həllindən çıxış yolu ola bilər.
Mövzu ilə bağlı fikirlərini öyrənmək üçün millət vəkili Vahid Əhmədova müraciət etdik. Deputat BAKU.WS-ə bildirdi ki, iri ticarət mərkəzlərinin açılması ilə bağlı təkliflərlə çıxış edib: “Bu barədə mən artıq fikrimi bildirmişəm. Həm rayonlara gediş-gəliş, həm də “Binə” və “Sədərək” ticarət mərkəzlərinin açılması ilə bağlı təkliflərimi irəli sürmüşəm. Əgər şagirdlərin məktəbə gediş-gəlişini elan edir və icazə veririksə, onların ləvazimatla təminatı çox ciddi problem yarada bilər.
Düzdür, yarmarkaların təşkil olunması ilə bağlı fikirlər səsləndirilib. Bu yarmarkalar müəyyən miqdarda problemin öhdəsindən gəlməyə yardım edəcək. Amma unutmaq lazım deyil ki, məktəb ləvazimatları və paltarlar “Binə” və “Sədərək” ticarət mərkəzlərinə topdan-satış şəklində gəlir və paylanılır.
Bu səbəbdən yaxşı olardı ki, iri ticarət mərkəzlərinin açılması məsələsinə baxılsın. Ticarət mərkəzlərində ciddi karantin tədbirləri (maska, əlcək, dezinfeksiya vasitələri və ara məsafə) görülsün. Bu gün bu sahədə yumşalmaya getməyə çox böyük ehtiyac var.
Həm rayonlara gediş-gəliş, həm də iri ticarət mərkəzlərinin açılması çox ciddi məsələdir. Bununla bağlı mən müxtəlif çıxışlar etmişəm və bir daha bildirmək istəyirəm ki, bu sahələrin açılmasına ehtiyac var”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
  2. Salyanda yay şumu qaldırılır
  3. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  5. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  6. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  7. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  8. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  9. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  10. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
"Harri Potter"in müəllifi yeni roman yazır
"Harri Potter"in müəllifi yeni roman yazır
Dünyaca məşhur britaniyalı yazıçı Coan Roulinq, gənc sehrbaz Harri Potter haqqında kitab seriyasını dünyaya bəxş edən müəllif, Ətraflı
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu