azadses.az » Cəmiyyət » Bakının bu qəsəbəsi də Balaxanı kimi olacaq

Bakının bu qəsəbəsi də Balaxanı kimi olacaq

Bakının əsas və qədim kəndlərindən olan Əmircan qəsəbəsində də təmir-bərpa və abadlıq işləri başlayıb.
''Azad Səs'' Day.Az-a istinadən xəbər verir ki, bu barədə Trend-ə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlixan Əliyev bildirib.
Onun sözlərinə görə, abadlıq və bərpa işləri artıq üç aydır ki, davam edir:
"Hazırda ərazidə 6 briqada fəaliyyət göstərir ki, onlardan 5-i təmir işlərinə ayrılıb, digər briqada isə kommunikasiya xətləri çəkir. Yaxın vaxtlarda Əmircanın bütün işıq, su, qaz, kanalizasiya və rabitə xətləri yenilənəcək. Yolların bir qismi qəmbər daşla, digər hissəsi isə asfaltla örtüləcək".
Ə.Əliyev qeyd edib ki, qəmbər daşların düzülməsi müəyyən vaxt aparacaq:
"Yerin altından keçən kommunikasiya xətləri müasir səviyyədə qurulmalıdır. Belə ki, gələcəkdə bu xətlərdə problem yaranarsa, qəmbər daşları yararsız hala sala bilər. Ona görə də, daşlar düzülməmişdən öncə həmin yollar maksimum səviyyədə bərpa olunmalıdırlar. Düşünürük ki, qəmbər daşları daha çox köməkçi yollara düzək, çünki əsas yoldan avtobuslar və ağır yük maşınları keçir, bu da daşlara ziyan vura bilər. Avtomobillərin daha çox keçdiyi yollar asfaltla örtüləcək".
İcra nümayəndəsinin sözlərinə görə, bu cür işlər Balaxanıda da aparılıb və ora artıq sakinlərin sevimli məkanına çevrilməkdədir:
"Əmircanda işlər Balaxanıdakından çox çəkəcək. Çünki ərazi baxımından Əmircan daha böyükdür. Hazırda qəsəbənin qədim divarlarında da restavrasiya işləri görülür. Malalar çapılır, sonra daşların arası xüsusi məhlulla təmizlənir, ardından üzərinə müəyyən kimyəvi məhsul çəkilir ki, onların qədimliyi üzə çıxsın. Yeni mişar daşlarından hörülən hasarlara aqlay vurulur, bəzi hasarlar isə fransız boyaları ilə boyanacaq. Əmircanda qədimlik müasirliklə birləşəcək".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Rusiyada minik avtomobillərinin qəza reytinqi - İlk sırada tanınmış model
  2. Günəş "oyanır": Bu il rekord sayda maqnit fırtınası ola bilər
  3. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  4. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  5. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  6. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  7. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  8. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  9. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  10. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Ətraflı
Bakıda iki məktəb direktoru nöqsanlara görə işdən çıxarılıb
Bakıda iki məktəb direktoru nöqsanlara görə işdən çıxarılıb
Paytaxt məktəblərində monitorinqlər davam etdirilir. Bu barədə "Report"a MÜTDA-dan məlumat verilib. Bildirilib ki, Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib