23 min insana ŞAD XƏBƏR
- 11-09-2020, 10:49
- Cəmiyyət

Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, bu ilin əvvəlinədək və cari ilin ötən dövründə pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayan 23 min şəxsə yaşa görə müavinət təyin olunub.
Beləliklə, həmin vətəndaşlar əvvəlki qanunvericilikdə nəzərdə tutulan yaş hədlərinə çatmalarını gözləmədən, daha erkən dövrdə yaşa görə müavinət hüququ qazanıblar.
Ümumilikdə, yaşa görə müavinətlə təmin olunanların sayı hazırda 100 minə yaxındır.