azadses.az » Cəmiyyət » Səhiyyə Nazirliyi məlumat yaydı

Səhiyyə Nazirliyi məlumat yaydı

"Hazırda karantin qaydalarının yumşalmasından sonra poliklinikaların öz fəaliyyətlərini standart qrafik üzrə bərpa edib və bütün tibb heyətinin tam şəkildə iş cədvəlinə uyğun işləyir".

''Azad Səs'' Anews.az-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsi, Ambulator-poliklinik xidmətin təşkili sektorunun müdiri Esmira Hacıyeva deyib.

Onun sözlərinə görə, indi həm böyüklər, həm də uşaq poliklinikalarına sahə həkimi və ya ixtisaslı həkimlərin qəbuluna rahatlıqla düşmək üçün vətəndaşlar poliklinikanın qeydiyyat şöbəsinə müraciət edib, yazıla bilərlər. Özü də, pasiyentlər öncədən təyin olunmuş vaxtda qəbula gəldiklərinə görə poliklinikalarda heç bir sıxlıq yaşanmır. Esmira Hacıyeva onu da qeyd edib ki, pasientlərin təxirəsalınmaz tibbi yardıma ehtiyacları olan təqdirdə  qəbula yazılmadan da düşmək mümkündür.

Baş Səhiyyə İdarəsi, Ambulator-poliklinik xidmətin təşkili sektorunun müdiri poliklinikalarda tətbiq edilən qəbul qaydalarını da sadalayıb. Onun verdiyi məlumata görə, poliklinikaya daxil olan hər bir şəxs girişdə qarşılanır, onun hərarəti təmassız termometr vasitəsilə ölçülür. Bundan başqa, Esmira Hacıyeva təhlükəsizliyi təmin etmək üçün poliklinikanın girişində spirt tərkibli əl üçün dezinfeksiyaedici vasitələrin yerləşdirilməsi və binaya daxil olan hər bir şəxsdən tibbi maskaların taxılmasını tələb olunduğunu qeyd edib. "Poliklinikalara gələnlərin bədən temperaturu 37.100C və daha yuxarı olduğu müəyyən olunduğu halda, onların poliklinikaya daxil olmaqlarına qadağa qoyulur. Bundan sonra həmin şəxslər birbaşa poliklinikanın nəzdində olan və yaşayış yerlərinə aid olan sahə məntəqələrinə yönləndirilir. Sahə məntəqələrində onlardan test nümunələri götürülür və həmçinin, şikayətlərinə görə, həkim tərəfindən müvafiq  məsləhətlər verilir”  - deyə, sektor müdiri fikrini tamamlayıb.  

Esmira Hacıyeva müsahibəsini davam etdirərək Bakı şəhər poliklinikalarında hal-hazırda planlı və diaqnostik tibbi müayinələrin necə aparılması haqda da danışıb. Bu müayinələrin öz standard qrafiki üzrə aparılmasını bildirən sektor müdiri sahə həkiminin öz sahəsinə aid olan poliklinikada qeydiyyatda olan xəstələri ilə əlaqə saxlayıb, vaxt təyin edib poliklinikaya planlı müalicəyə dəvət etdiyini qeyd etdi. Lakin onun dediyinə görə, xəstə COVID-19 virusuna yoluxmaq üzrə yüksək risk qrupuna daxildirsə (65 yaş və yuxarı, ürək xəstəliyi, diabet və ağciyər xəstəlikləri olan şəxlər) sahə həkimi xəstəyə evdə baş çəkir və ona müvafiq tövsiyələr verir. Bundan başqa, o, ixtisas həkimlərinin diaqnostik müayinələrini sahə həkimlərinin göstərişi ilə həyata keçirildiyini bildirilib. Bundan sonra Esmira Hacıyeva qadın məsləhətxanalarında işin eyni qaydada davam etdiyi haqda xəbər edir. O, deyib: "Hətta hamilə qadınların Səhiyyə Nazirliyinin müvafiq  kliniki protokoluna uyğun olaraq  mütəmadi müayinələri həyata keçirilir”.    

Poliklikalarda dispanserizasiya və vaksinasiya prosesləri haqqında söhbət açan Ambulator-poliklinik xidmətin təşkili sektorunun müdiri Esmira Hacıyeva bildirib ki, ölkədaxili sərt karantin  dövründə dispanserizasiyanın həyata keçirilməsi məhdudlaşdırılmışdır. Hal-hazırda karantin qaydalarının yumşalamasından sonra dispanserizasiya prosesi  yenidən bərpa olunub. Sektor müdiri onu da qeyd edib ki, eyni vəziyyət uşaq tibb müəssisələrində uşaqların planlı peyvəndlərlə əhatə olunması prosesinə öz təsirini göstərmişdir. Hal-hazırda peyvəndlərin aparılması, hər zaman olduğu kimi, Milli Peyvənd Təqviminə görə həyata keçirilir.

Müsahibə zamanı Esmira Hacıyeva imtiyazlı qruplara daxil olan xəstələrin resept üzrə dərman preparatları ilə təmin olunduqları haqqında danışdı. Onun verdiyi məlumata görə, poliklinikada qeydiyyatda olan tənha, xroniki və onkoloji xəstələr üçün çatdırılma xidməti fəaliyyət göstərir və bu xidmət vasitəsilə onlar adi qaydada öz dərmanlarını alırlar. Eyni zamanda, yüksək risk qrupuna daxil olan xəstələrin yaxınları dərmanları müvafiq poliklikanın nəzdində fəaliyyət göstərən apteklərdən resepti  təqdim etməklə ala bilərlər. Digər xəstələr sahə həkiminin qəbulundan sonra əczanəyə yaxınlaşıb, dərmanları adi qaydada əldə edirlər.

Daha sonra Bakı şəhər poliklinikalarının binalarında görülən sanitar-epidemioloji tədbirlərin təşkili haqqında məlumat verilib. Poliklinika binasının bütün korpuslarındakı otaqlar və koridorların pəncərələri gündə ən azı iki dəfə açılıb, mütəmadi havalandırıldığını vurğulayan  Esmira xanım giriş, çıxış, koridor və otaqlarda əllərlə tez-tez təmas edilən səthlərin mütəmadi olaraq dezinfeksiya edilməsi haqda danışıb.

Səhiyyə Nazirliyinin rəsmisi Esmira Hacıyeva müsahibəsini Bakı şəhər poliklinikalarında çalışan tibbi heyətin təhlükəsizliyinin təmin olunması haqqında məlumatla yekunlaşdırıb.

O, koronavirusunun sürətli yayıldığı mərhələdə (Aprel-İyun aylarında) müvafiq qoruyucu geyimlərlə (üz üçün sipər, baxil, tibbi əlcək, tibbi maska və s.) təmin olunmuş Bakı şəhər poliklinikalarının bütün tibbi və texniki heyəti COVID-19 testindən növbəli şəkildə keçirilməsi təşkil olunduğunu vurğulayıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  2. Nizami rayonunda motosiklet piyadanı vurub
  3. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  5. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  6. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  7. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  8. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
  9. Qobustanda zəlzələ olub
  10. Bakıda yol qəzası olub, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?