azadses.az » Cəmiyyət » Son Dəqiqə! Əhaliyə bəd XƏBƏR - Bax Bu Gözlənilən idi

Son Dəqiqə! Əhaliyə bəd XƏBƏR - Bax Bu Gözlənilən idi

''Azad Səs'' Azerforum.com-a istinadən xəbər verir ki, avqust ayında dünyada ərzağın qiymətləri bahalaşıb. Şəkər, bitki yağı və taxılın qiymətləri iyul ayına nisbətən artıb, bununla da qlobal taxıl məhsullarının qiymətləri illik rekord göstəricisinə çatmaqda davam edir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yayımladığı hesabata əsasən, qlobal ərzaq qiymətləri, güclü tələbin və dolların zəifləməsi səbəbindən ardıcıl olaraq üçüncü aydır ki, avqust ayında da artmaqda davam edib.
Bəs, maraqlıdır dünya ərzaq böhranı təhlükəsi ilə üzləşə bilərmi? Dünyada ərzağın bahalaşması Azərbaycanda qiymətlərə necə təsir edəcək?
İqtisadçı Cəfər İbrahimli deyib ki, dünyada ərzaq qiymətlərinin bahalaşmasının səbəblərindən biri də pandemiya ilə bağlıdır:
"Pandemiya davam edərsə, ölkələrarası idxal-ixrac əməliyyatlarında yenidən məhdudiyyətlər yarana bilər. Yəni dünya bazarlarında müddətli alış-satış müqavilələrində qiymət dəyişikliyi müşahidə olunur. Amma Azərbaycanda və dünyanın əksər ölkələrində ərzaq təhlükəsi yoxdur. Xammal sahəsində, emal sənayesində fəaliyyətlər normal şəkildə davam edir. Digər tərəfdən, iqlim dəyişikliyi ilə bağlı da məhsullar üçün təhlükə görünmür. Yəni dünyada ərzaq böhranı təhlükəsi real görünmür".
O bildirib ki, Azərbaycan kənd təsərrüfatı sahəsində bəzi məhsulları (əsasən buğda və s.) idxal edir: "Bunları yaxın ölkələrdən (Rusiya, Qazaxıstan) idxal etdiyimiz üçün təhlükə yoxdur. Çünki həmin ölkələrlə yaxın münasibətlərimiz var, onlarda istehsalda, idxal-ixracda məhdudiyyətlər yoxdur. Eyni zamanda pandemiyanın ən ağır dövründə belə Azərbaycanda yerli istehsal davam edib. Bizdə xammal istehsalı, emal sektoru daimi işləyib və ciddi bir təhlükə və kəsinti yaranmayıb".
Tacirlər və İstehsalçılar Birliyinin rəhbəri Sevgim Rəhmanov isə Sputnik Azərbaycan-a deyib ki, Azərbaycan dünyada bahalaşan ərzaq məhsullarını idxal edirsə, bu, bizim bazarda qiymətlərə təsir edəcək: "İdxal olunan malların qiymətləri qalxan kimi yerli sahibkarlar da yerli malların qiymətini bahalaşdırırlar. Bu, aksiyomadır. Digər tərəfdən, əsas odur ki, mal qıtlığı olmasın. Mal bol olanda, tələbat az olduqda qiymət aşağı düşür. Məsələn, bu il yayda pomidor 3-4 dəfə 30-50 qəpiyə düşdü sonra 1,5-2 manata qalxdı. Qiyməti bazar özü tənzimləyir. Qiymət, çeşidindən asılı olmayaraq mala olan tələbatdan asılıdır".
O bildirib ki, dünyada ərzaq böhranı gözlənilmir:
"Hər bir dövlətin ərzaq ehtiyatı var. Məsələn, un hər il anbarlara yığılır. Hər 11 aydan bir unun vaxtı keçməsin deyə çörək zavodlarına verilir. Sonra təzə unu anbarlara qoyurlar. Azərbaycanın ərzaq ehtiyatı 5 ilə bərabərdir. Amma elə ölkə var ki, ərzaq ehtiyatı 20-30 ilə bərabərdir. İndi pandemiya olduğu üçün elə vaxt olur ki, nəqliyyatda çətinliklər olur. Nəqliyyatda çətinlik olmasa, bizim idxalda bir problemimiz yoxdur".
Qeyd edək ki, FAO-nun taxıl qiymət indeksi, iyul ayından etibarən 1,9 faiz artaraq 2019-cu il avqust ayındakı dəyərindən orta hesabla 7 faiz artım göstərib və burada dənli bitkilər və taxıl məhsulları ilk sırada yer alıb. Darı məhsulunun qiymətləri Çinin böyük idxal tələbi səbəbindən 8.6 faiz artıb və keçən ilə nisbətən burada 33.4 faiz artım müşahidə olunur. Qarğıdalı qiymətləri, Ayova ştatındakı son məhsul azlığının tədarükə təsir edəcəyinə dair narahatçılıqlar bu məhsulun 2,2 faiz artmasına səbəb olub. Düyünün beynəlxalq qiymətlərində də mövsümdən asılı olan səbəblər və Afrikadan bu məhsula olan tələbin artması ilə yüksəlmə müşahidə edilib.
FAO şəkər qiymətləri indeksi əvvəlki aya nisbətən 6,7 faiz artaraq, dünyanın ikinci ən böyük şəkər ixracatçısı olan Avropa İttifaqı və Tailanddakı əlverişsiz hava şəraitləri və Çinin güclü idxal tələbi nəticəsində istehsalın azalmasına səbəb olub. FAO bitki yağı qiymət indeksi başda palma yağı olmaqla soya, günəbaxan və kolza yağları daha çox tələbata əsasən 5.9 faiz artıb.
Gözlənilən budur ki, daha böyük həcmdə düyü və taxıl məhsulları tədarükü ilə canlanan 2020/21-ci illərdə dünya taxıl ticarəti, 2019/20 illərindəki səviyyəsindən 1,6 faiz daha çox, 441,4 milyon ton səviyyəsində olacaq.sputnik
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib