azadses.az » Cəmiyyət » Şəhriyar Məmmədyarov: "Ermənistan hökuməti qəsdən müharibə yolunu seçdi"

Şəhriyar Məmmədyarov: "Ermənistan hökuməti qəsdən müharibə yolunu seçdi"

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov son günlər cəbhə xəttində baş verən hadisələrlə bağlı dünya və beynəlxalq şahmat ictimaiyyətinə müraciət edib.
''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, erməni işğalı altında olan Zəngilan şəhərindən olduğunu xatırladan qrossmeyster 7 il həmin bölgədə yaşadığını və şahmatla məşğul olmağa orada başladığını bildirib.
Məmmədyarov əmilərinin vaxtı ilə Zəngilanda şahmat dərsi keçdiklərini, babasının isə qədim kəndlərdə məscidlər tikdirdiyini vurğulayıb: "7 yaşım var idi və Ermənistan silahlı qüvvələri tərəfindən evlərimizdən qovulduğumuz həmin dövrü yaxşı xatırlayıram. O vaxtdan doğma kəndimi yalnız fotolarda görmüşəm. Kəndimiz, uşaqlıq xatirələrim üçün darıxır, oraya getmək, vətənimin havasını udmaq istəyirəm. Demək olar ki, 1 milyona yaxın məcburi köçkün öz torpaqlarını itirib, mən və ailəm kimi eyni hissləri yaşayırlar. Biz evlərimizi, məscidlərimizi, əcdadlarımızın məzarlarını, tarixi abidələri, muzeyləri, mədəniyyəti və uşaqlıq xatirələrini itirdik".
Şahmatçı Azərbaycanın təcavüzkar ölkə olmadığını deyib: "Buna sübut kimi 30 ildir beynəlxalq səviyyədə tanınmış ərazilərimizin sülh yolu ilə azad olunmasını gözləyirik. Təəssüf ki, Ermənistan hökuməti qəsdən müharibə yolunu seçdi, təbliğat və təxribat yolu ilə münaqişəni alovlandırmağa çalışır".
Məmmədyarov bildirib ki, münaqişə barədə ətraflı və obyektiv rəsmi məlumat almaq istəyənlər aşağıdakıları oxusun:
1. Dağlıq Qarabağ mübahisəli ərazi deyil. Bu ərazi Azərbaycanındır. Həm tarixi, həm də rəsmi səviyyədə bütün dünya, o cümlədən Ermənistan tərəfindən tanınıb;
2. Ermənistan, Yerevanın da açıqladığı kimi, təkcə Dağlıq Qarayabağı deyil, onun ətrafındakı 7 rayonu da işğal edib və bütün bu illərdə sülh yolu ilə imtina etmək niyyətində olmayıb;
3. Müharibə Ermənistan ərazisində getmir. Azərbaycan Ordusu Ermənistan ərazisini və ya onun hansısa hissəsini işğal etməyə cəhd göstərmir. Azərbaycan ərazilərinin 30 il əvvəl işğalı ilə başlayan və nəticədə 20 faiz ərazinin işğalı ilə nəticələnən müharibə Azərbaycan ərazilərinin qaytarılmasına yönəlmiş azadlıq savaşıdır;
4. Azərbaycan öz ərazilərini 30 il əvvəl də, son 30 ildə də azad edə bilərdi. Ölkəmiz Orduda kəmiyyətcə, texnika ilə döyüş vasitələrində kəmiyyət və keyfiyyətcə üstündür. Bunun nəyə görə edilmədiyini soruşsanız, cavab belə olacaq: 1994-cü ilin mayında imzalanmış atəşkəs nəticəsində tərəflər münaqişəni sülh yolu ilə və ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə həll etmək öhdəliyini götürmüşdülər. Təəssüf ki, rəsmi Yerevan bütün bu illərdə heç olmasa, 1 sm2 yerin sülh yolu ilə azad olunması yönündə siyasi iradə nümayiş etdirmədi;
5. Azərbaycan münaqişənin dinc yolu ilə həllinin tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Lakin Nikol Paşinyanla aparılan danışıqlar prosesi tam dondurulub. Onun açıqlamaları münaqişənin sülh yolu ilə həllinə ziddir. Cəbhə xəttində yaşayan dinc əhalinin atəşə tutulması isə yalnız münaqişəni qismən dondurulmuş haldan donu açılmış vəziyyətə gətirib. Rəsmi Bakının səbr kasasını daşıran son damla isə sentyabrın 27-də cəbhəyanı zonada Azərbaycanın dinc əhalisinin atəşə tutulması olub. 


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib