Azərbaycanda bəzi yerlərdə ictimai nəqliyyatın hərəkəti dayandırılacaq
- 16-10-2020, 09:05
- Cəmiyyət
“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin qərarına əsasən koronovirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba rayonlarında 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-a qədər, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-a qədər və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-a qədər ictimai nəqliyyatın hərəkətinin dayandırılması barədə qərar qəbul edilib.
Bu barədə "Report"a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) bildirilib.
Məlumata görə, qeyd edilən regionlarda epidemiyanın yayılma sürəti artdığı üçün müvəqqəti həftəsonları ictimai nəqliyyatın dayandırılması zərurəti yaranıb. Qalan günlərdə ictimai nəqliyyatın hərəkətinə ciddi nəzarət ediləcək. Avtobusların salonlarında dezinfeksiyaedici məhlulların mütəmadi qoyulması və tibbi maskalardan istifadəyə xüsusi diqqət ayrılıb. Avtobusların gündəlik dezinfeksiya olunması ilə bağlı tələbin icrasına nəzarətin gücləndirilməsi məqsədilə xüsusi monitorinq qrupu yaradılıb.