azadses.az » Cəmiyyət » Azad olunmuş torpaqlara işıq, qaz, yol çəkilir - Rəsmi qurumlardan AÇIQLAMA

Azad olunmuş torpaqlara işıq, qaz, yol çəkilir - Rəsmi qurumlardan AÇIQLAMA

Sentyabrın 27-dən başlanan 2-ci Qarabağ savaşındakı əks-hücum əməliyyatı nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda yenidənqurma işlərinə başlanılıb.
Mövzu barədə Modern.az-a danışan rəsmi qurum təmsilçiləri bildiriblər ki, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, azad olunmuş torpaqlarda quruculuğa start verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli qeyd edib ki, hazırda azad olunmuş torpaqlarımızın avtomobil yollarının bərpası işləri aparılır:
“İşğaldan azad olunmuş torpaqlarımızda hazırdaq inşaat işləri görülür. 30 ilə yaxın düşmən tapdağında olmuş Tərtər rayonunun Suqovuşan və Talış kəndləri istiqamətində olan tarixi avtomobil yollarının bərpası işləri aparılır. Bu yol müzəffər Ordumuzun 3 oktyabr əks-hücum əməliyyatı nəticəsində işğaldan azad olunub. Yoldan əsər-əlamət qalmadığı üçün yenidən tikilir. İnşallah, qısa müddətdə yolu istifadəyə verəciyik.
İşğaldan azad edilmiş yaşayış məntəqələrinə gedən avtomobil yollarının bərpası ümumiyyətlə Qarabağa qayıdışın təcəssümüdür. Çünki həmin yolların davamı birbaşa olaraq Qarabağımıza aparır. İnşallah, işğal altında olan torpaqlarımız tam azad olunduqdan sonra bütün yolların bərpasına başlayarıq.
Ümumilikdə işğal altında olan torpaqlarımızda 2661 km avtomobil yolu var idi. Bu yolun artıq böyük bir hissəsi azad olunub. Hacıqabul-Bəhrəmtəpə-Mincivan 286 km-lik magistral yolunun düşmən tapdağında olan 110 km hissəsi artıq tam azad edilib. Ümid edirəm ki, növbəti mərhələdə ölkə başçısı, Ali Baş Komandan tərəfindən tapşırığa əsasən, həmin magistral yolun tərəfimizdən yenidənqurma işlərinə start verərik. Çünki Horadiz qəsəbəsinə qədər o yol tam olaraq müasir dərəcədə, ikinci texniki dərəcəyə uyğun qurulub. İnşallah, Ermənistan sərhəddinə qədər bu işlər davam etdiriləcək”.

“Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfərovun
sözlərinə görə, işğaldan azad olunmuş ərazilər üçün qaz çəkilişinin lahiyəsi hazırlanır:
“İşğaldan azad olunmuş ərazilərimizə baxış keçirilib. Həmin ərazilər üzrə lahiyələr hazırlanır. İnşallah, yaxın zamanda layihələrin icrasına başlanılacaq”.
“Azərişıq”ın mətbuat katibi Vaqif Aydınoğlu bildirib ki, mülki obyektlərin hədəfə alınması nəticəsində baş verən qəzaların aradan qaldırılması və azad olunmuş torpaqlarda güc mərkəzlərinin yaradılması üçün işlər gedir:
“Qəzaların aradan qaldırılması və bərpası işləri gecə-gündüz operativ şəkildə həyata keçirilir. Azad olunmuş torpaqlarda ən müasir texnologiyalardan güc mərkəzləri yaradılır. Məsafədən dispetçer idarəetmə sistemini tətbiq etməklə layihələr hazırlanıb, həmin layihələrin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub. Lakin nəzərdə tutulan layihələri yerinə yetirilənədək “Azərişıq” ASC azad olunmuş ərazilərdə müvəqqəti elektrik enerjisinin bərpası üçün “Azərişıq Qarabağda” layihəsini həyata keçirməyə başlayıb. Ümid edirəm ki, işğaldan azad olunmuş torpaqlarımızı elektrik enerjisi ilə təmin etmək üçün bütün imkanlardan istifadə edəcəyik”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib