azadses.az » Cəmiyyət » “Bakı Metropoliteni” xətlərdə tətbiq edilən yenilikləri açıqladı

“Bakı Metropoliteni” xətlərdə tətbiq edilən yenilikləri açıqladı

Bütün metropoliten xətlərinin mərhələlərlə yeni idarəetmə sistemlərinə keçilməsinə başlanılıb.
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni”nin 8 noyabr - Bakı metropoliteni işçilərinin peşə bayramı günü və 53 illik inkişaf tarixi münasibətilə yaydığı açıqlama bildirilib.
Məlumatda qeyd edilir ki, metropolitendə işarəvermənin ən yeni sisteminin tətbiqinə hərəkətin təşkilində təməl sahə olan “Nərimanov” elektrik deposundan başlanılıb. Yenilik nəticəsində yollardakı çoxsaylı elektromexaniki avadanlıqlar ləğv olunub. Bu işlərin yerinə yetiriləcəyi mərkəz - beşmərtəbəli mərkəzləşmə məntəqəsi binasından həyata keçirilir.
Bu isə gələcəkdə CBTC sistemlərinin mövcud xətlərdə yenidənqurma işlərini davam etdirməklə həyata keçirilməsinə yol açır. Eyni zamanda, metropolitendə yüksək etibarlığı olan fiberoptik şəbəkənin çəkilməsi də başa çatdırılıb, bununla yeni tipli şəbəkənin qurulması, yeni tipli server, kommunikasiya sistemləri və avadanlıqlarına keçilməsi üçün zəmin yaradılıb. Artıq bu istiqamətdə ən mühüm yeniliklərin bir qismi də reallaşdırılıb.
Gələcəkdə qatar dispetçeri mərkəzinin SCADA sistemində sabit işlək vəziyyətinin təminatı yeni dövrün texnologiyalarına sürətli keçidin ardıcıl və mərhələli işləridir. Hazırda “Elmlər Akademiyası” stansiyasında yerləşən inzibati binada ən müasir şərait və idarəetmə funksiyalarını özündə cəm edən vahid dispetçer mərkəzinin qurulması sürətlə davam edir.
Həmçinin, “Xocəsən” deposunda birinci mərhələ üzrə əsas obyektlərin tikintisi davam edir. Deponu “Avtovağzal” stansiyası ilə birləşdirən tunellərdə qazıntı işləri başa çatıb. Sağ tunelin yolu hazırdır, sol tuneldə yol-tikinti işləri davam edir. Xüsusilə əsaslı təmirə kəskin ehtiyacı yaranmış “Cəfər Cabbarlı” stansiyasının bir yolunda bərpa, yenidənqurma işləri aparılıb və pandemiya şəraitinin tələbləri şəraitində aparılan işlər sonuncu mərhələsindədir.
Eləcə də, metropolitenin öz bazasında istehsal edilən beton blokların tətbiqinə başlanılıb. Həmin bloklar ilk dəfə metropoliten tunellərində istifadə olunaraq Bənövşəyi xəttin “Memar Əcəmi-B-03”, “Xocəsən elektrik deposu-Avtovağzal” mənzillərində, eləcə də “Xətai” və “Cəfər Cabbarlı” stansiyalarının yollarından birində tətbiq edilib.
“Bakı Metropoliteni” QSC-nin dəmir-beton konstruksiyaları istehsalatı sahəsində Almaniyanın “Vollert” şirkətinin quraşdırdığı yeni istehsal sexində yerli mütəxəssislər çalışır və yalnız yerli xammaldan istifadə olunur. Bu isə həm də “Made in Azerbaijan” brendinə bir töhfədir. 
2020-ci ildə 10 yeni ventilyator alınıb və onların mərhələli quraşdırılması aparılır. Pandemiya dövrünün tələbləri nəzərə alınmaqla hazırda bu işlər mərhələli şəkildə davam etdirilir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib