azadses.az » Cəmiyyət » “Azərpoçt” Avropa Poçt İttifaqına üzv qəbul olundu

“Azərpoçt” Avropa Poçt İttifaqına üzv qəbul olundu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC Avropa Poçt İttifaqına üzv qəbul olunub.
 
''Azad Səs'' xəbər verir ki, bu münasibətlə təşkil olunan onlayn iclasda qurumun baş direktoru Emin Əfəndiyev çıxış edib.
 
Baş direktor “Azərpoçt” MMC-nin dünyanın 80-ə yaxın ölkəsi ilə birbaşa beynəlxalq poçt mübadiləsi həyata keçirdiyini, fəaliyyət göstərdiyi müddətdə bir sıra uğurlar əldə etdiyini, o cümlədən EMS sahəsində ardıcıl 9 dəfə Qızıl səviyyəli sertifikata layiq görüldüyünü konfrans iştirakçılarının nəzərinə çatdırıb.
 
Emin Əfəndiyev vurğulayıb ki, “COVID-19” pandemiyası dövründə “Azərpoçt” MMC beynəlxalq sahədə öz fəaliyyətini Ümumdünya Poçt İttifaqının, ölkə daxilində isə ÜPİ, eləcə də Azərbaycan hökumətinin tələb və tövsiyələrinə uyğun layiqincə yerinə yetirir.
 Ölkə daxilində poçt mübadiləsinin yüksək səviyyədə təşkil olunmasından danışan E.Əfəndiyev Ermənistanın Azərbaycana təcavüzündən də söhbət açıb. O qeyd edib ki, düşmənin 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal etməsi nəticəsində “Azərpoçt” ölkə ərazisində tam olaraq poçt mübadiləsini həyata keçirə bilmirdi. Artıq rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad edib. Həmin ərazilərdə yaxın zamanda yeni poçt məntəqələri fəaliyyətə başlayacaq.
 
Baş direktor ötən dövr ərzində Avropa Poçt İttifaqının üzvü olmamasına baxmayaraq, “Azərpoçt” MMC-nin bu qurumun bir çox toplantılarına dəvət alaraq onların işində müşahidəçi qismində aktiv iştirak etdiyini bildirib.
 
Sonda Avropa Poçt İttifaqının üzvü olan 53 ölkə arasında Azərbaycanın quruma üzv qəbul olunması üçün qapalı səsvermə keçirilib. Nəticədə “Azərpoçt” MMC Avropa Poçt İttifaqının üzvlüyünə qəbul edilib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib