azadses.az » Cəmiyyət » Səhiyyə işçilərinə maaşların verilməsi qaydası DƏYİŞDİRİLDİ

Səhiyyə işçilərinə maaşların verilməsi qaydası DƏYİŞDİRİLDİ

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müvafiq qərarı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nda dəyişiklik edilib.
 
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Agentliyindən məlumat veriib.
 
Bildirilib ki, qaydaya əsasən, tibb işçilərinin əməkhaqlarına vəzifə (tarif) maaşları, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir. Tibb işçilərinə həvəsləndirici əlavələr vəzifədən və yerinə yetirilən işin xüsusiyyətindən asılı olaraq, aylıq sabit və ya işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində verilir.
 
Dəyişikliyə əsasən tibb işçilərinə verilən sabit həvəsləndirici əlavələr üzrə ixtisasların/vəzifələrin sayı artırılıb və yeni redaksiyada təsdiq edilib. Əvvəlki Qaydaya görə 9 ixtisas/vəzifə üzrə həkimlərə aylıq sabit həvəsləndirici əlavə verilirdisə, yeni dəyişikliyə əsasən hazırda bu say artırılaraq 16-ya yüksəlib.
 
Bununla yanaşı, bir sıra ixtisaslar/vəzifələr üzrə sabit həvəsləndirici əlavələrin məbləği tibb müəssisələrinin fəaliyyət göstəricisindən asılı olaraq müəyyənləşdirilib. Belə ki, tibb müəssisələri 3 qrupa (1-ci, 2-ci və 3-cü qruplar) bölünüb (Cədvəl 1).
 
Cədvəl 1.
İxtisasın/vəzifənin adıHəkimlərin əməkhaqlarına tətbiq edilən aylıq sabit həvəsləndirici əlavələrin məbləği
1Tibbi şöbələrin (bölmələrin) müdirləri (həkim-stomatoloqlar istisna olmaqla)100 manat
2Səhiyyə xidmətlərinin təşkili şöbəsinin həkimləri (həkim-stomatoloq istisna olmaqla)200 manat
3Provizor vəzifəsi üzrə çalışan həkimlər260 manat
4Ailə həkimi ixtisasları üzrə çalışan həkimlər300 manat
5Hemodializ şöbəsinin həkimləri360,00 manat
6Uşaq nevroloji sanatoriyasının həkimləri (psixoloq və loqoped istisna olmaqla)200,00 manat
7Həkim-dietoloq ixtisası üzrə çalışan həkimlər200,00 manat
8Həkim-patoloq-anatom200,00 manat
9Həkim-ftiziatr300,00 manat
10Həkim-hematoloq300,00 manat
11Həkim-laborant ixtisası üzrə çalışan həkimlər1-ci qrup tibb müəssisələri240,00 manat
2 və 3-cü qrup tibb müəssisələri340,00 manat
12Həkim-statistik vəzifəsi üzrə çalışan həkimlər1-ci qrup tibb müəssisələri240,00 manat
2 və 3-cü qrup tibb müəssisələri340,00 manat
13“Ailə Sağlamlıq Mərkəzi” şöbəsinin rəhbəri vəzifəsi üzrə çalışan həkim480,00 manat
14Həkim-anestezioloq-reanimatoloq ixtisası üzrə çalışan həkimlər
Qadın məsləhətxanasında və Ailə Sağlamlıq Mərkəzində çalışan həkim mama-ginekoloq
15Aptek bölümünün rəhbəri vəzifəsi üzrə çalışan həkim1-ci qrup tibb müəssisələri370,00 manat
2 və 3-cü qrup tibb müəssisələri570,00 manat
16Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri2 və 3-cü qrup tibb müəssisələri910,00 manat
 *Bundan əlavə, həkimlərə xidmətə görə həvəsləndirici əlavələr verilir.
 
Cədvəl 1-in 6-cı, 9-cu və 14-cü bəndləri istisna olmaqla, digər bəndlər 21 yanvar 2020-ci il tarixindən qüvvəyə minir. 9-cu bənd 01 yanvar 2020-ci il tarixindən, 6-cı və 14-cü bənd isə 26 oktyabr 2020-ci il tarixindən qüvvəyə minir.
 
Aylıq həvəsləndirici əlavələr isə həkimlərə ixtisasları/vəzifələri üzrə göstərilən xidmətin ölçülməsi və dəyərləndirilməsi məqsədilə verilir. Optimal iş yükünü və iş saatlarını nəzərə alaraq, həkimlərin xidmətlərinin yuxarı kəmiyyət həddi məhdudlaşdırılır və yuxarı kəmiyyət həddini aşaraq göstərilən tibbi xidmətlərə görə əlavələr ödənilmir.
 
Reanimasiya ilə yanaşı, yeni dəyişikliyə görə intensiv terapiya və anesteziologiya, intensiv terapiya bloklarında çalışan həkimlərə hər gecə növbəsi üçün 30 manat, gecə növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün 5 manat məbləğində normativlərlə bağlı əlavələr verilir.
 
Orta və kiçik tibb işçilərinin göstərdikləri xidmətlərin xüsusiyyətləri nəzərə alınaraq, onların aylıq vəzifə (tarif) maaşlarına tətbiq edilən həvəsləndirici əlavələr tutduqları vəzifələrdən asılı olaraq aylıq sabit əlavələr şəklində təyin olunur. Dəyişikliyə əsasən iki vəzifə üzrə aylıq sabit əlavələr tibb müəssisələrinin təsnifat qrupuna əsasən müəyyənləşdirilib. Belə ki, Qaydanın 19.1-ci bəndi üzrə 6-cı və 9-cu sətirlərə Cədvəl 2-dəki dəyişikliklər edilib. Qərara əsasən bu dəyişikliklər 01 yanvar 2020-ci il tarixindən qüvvəyə minir.
 
Cədvəl 2.
Struktur vahidin/vəzifənin adıSabit əlavələrin məbləği
6Baş tibb bacısı (qardaşı) vəzifəsində çalışan orta tibb işçisi1-ci qrup tibb müəssisələri350,00 manat
2 və 3-cü qrup tibb müəssisələri790,00 manat
9Baş təsərrüfat bacısı (qardaşı) vəzifəsində çalışan kiçik tibb işçisi1-ci qrup tibb müəssisələri150,00 manat
2 və 3-cü qrup tibb müəssisələri210,00 manat
 
Həmçinin tibb müəssisəsinin rəhbərliyinə və qeyri-tibb işçilərinə verilən aylıq həvəsləndirici əlavələr üzrə təsnifat qrupunda da dəyişiklik edilib (Qaydanın 16-4-cü bəndi). Tibb müəssisəsinin rəhbərliyinə və qeyri-tibb işçilərinə verilən aylıq həvəsləndirici əlavələr 21 yanvar 2020-ci il tarixindən qüvvəyə minir.
 
Qərarda qeyd edilən bütün digər bəndlər isə 26 oktyabr 2020-ci il tarixindən qüvvəyə minir.


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?