azadses.az » Cəmiyyət » Arutyunyan hələ də "sərəncam"lar verir, "təyinatlar" həyata keçirir, "qəbullar" təşkil edir…

Arutyunyan hələ də "sərəncam"lar verir, "təyinatlar" həyata keçirir, "qəbullar" təşkil edir…

Rusiya, Azərbaycan prezidentləri və Ermənistan Baş naziri arasında Qarabağda müharibənin dayandırılması barədə imzalanan üçtərəfli saziş qondarma rejim tərəfindən pozulur.
 
''Azad Səs'' Yenisabah.az-a istinadən xəbər verir ki, həmin sazişdə Azərbaycanın ərazi bütövlüyü birmənalı olaraq tanınır. Bu halda avtomatik olaraq Dağlıq Qarabağ da Azərbaycanın ərazisi hesab edilir. Sazişdə Dağlıq Qarabağa hər hansı status verilməsi də nəzərdə tutulmayıb. O zaman separatçı rejimin rəhbəri Araik Arutyunyanın fəaliyyəti haqlı suallar doğurur. Əgər Dağlıq Qarabağ Azərbaycanın ərazisidirsə, qondarma respublika dövlət kimi tanınmırsa və tanınacağı barədə sazişdə hər hansı bir qeyd yoxdursa, separatçı rejim rəhbərinin özünü hansısa dövlətin rəhbəri kimi aparması nədən qaynaqlanır?
 
Məlumat üçün deyək ki, Araik Arutyunyan hələ də sərəncamlar verir, təyinatlar həyata keçirir, qəbullar təşkil edir və s.
 
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri  Çingiz Qənizadənin fikrincə, üçtərəfli sazişin dışında hansısa müvəqqəti razılaşmalar ola bilər. “Ola bilər ki, biz detallar barədə məlumatlı deyilik. Bildiyimiz yalnız odur ki, Azərbaycan torpaqlarını işğaldan azad edib. Qarabağda status-kvo ölkəmizin xeyrinə dəyişib. Eyni zamanda üçtərəfli sazişdə Azərbaycanın ərazi bütövlüyü birmənalı olaraq tanınır, Dağlıq Qarabağa hər hansı status verilməsindən söhbət getmir. Hətta Qarabağda sülhməramlı missiyasını yerinə yetirən Rusiyanın prezidenti Vladimir Putin bəyan etdi ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Bu halda bu yaramazın hələ də orada fəaliyyət göstərməsi, sülhməramlı qüvvələrin komandanı ilə görüşdə başının üstündə qondarma “DQR”in bayrağının olması narahatlıq doğurur. Axı bu kimdir ki, özünü dövlət rəhbəri kimi aparır?
 
Başqa bir narahatlıq isə Ermənistan silahlı qüvvələrinin hələ də Qarabğda olmasıdır. Üçtərəfli sazişdə qoşunların hazırkı vəziyyətdə dayanması qeyd olunurdu. Söhbət burada separatçı rejimin silahlılarından gedirdi. Amma indi bəlli olur ki, Ermənistan silahlı qüvvələri də Qarabağdadır. Ermənistanda Müdafiə Nazirliyinin qarşısında keçirilən aksiyalarda hərbçilərin valideynləri tələb edir ki, övladları Qarabağdan Ermənistana gətirilsin. Bu fakt da Ermənistan silahlı qüvvələrinin hələ də Qarabağda olduğunu göstərir. Onların orada nə işi var, nəyə nəzarət edirlər, bəlli deyil”, - deyə Çingiz Qənizadə qeyd edib.
 
Keçmiş deputat hesab edir ki, üçtərəfli sazişin bütün tələbləri yerinə yetirildikdən sonra bu məsələlərin həllinə start veriləcək. “Artıq Laçın da Azərbaycana təhvil verildi. Qazaxın 7 kəndi də geri alınandan sonra Ali Baş Komandanın bu problemlərin də həllinə başlayacağını və yaxın günlərdə bunun nəticəsini görəcəyimizi düşünürəm”, - deyə o vurğulayıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?