azadses.az » Cəmiyyət » Vanqanın 2021-ci il proqnozu üzə çıxdı - SİYAHI

Vanqanın 2021-ci il proqnozu üzə çıxdı - SİYAHI

Bolqarıstanın Nostradamusu ölümündən bir az əvvəl 2010-cu ildə bütün dünyanı əhatə edəcək müharibənin olacağını bildirərək belə demişdi: "2010-cu ildə aralarında Hindistanın da olacağı 4 Asiya ölkəsinin liderlərinə qarşı sui-qəsd təşkil olunacaq. Bu sui-qəsd 3-cü dünya müharibəsinin başlanmasına səbəb olacaq. Noyabr ayında başlayacak dünya savaşı 2014-cü ilə qədər davam edəcək".

''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, 2015-ci ildir və görünür ki, milyonlarla insanın inandığı Vanqa deyəsən hamını aldadıb. 3-cü dünya müharibəsi başlamayıb. Ya Vanqa bolqarların ürəyinə III dünya müharibəsinin olacağı xofunu salıb ya da məşhur baxıcı illəri qarışdırıb. Vanqaya görə, 2014-cü ildə insanlığın yarısı xərçəngə tutulmalı idi. Lakin statistikaya görə 2008-ci ildə xərçəngə tutulan insanların sayı 12 milyon olub. Bu rəqəm 2030-cu ildə isə 26 milyon olacaq. Vanqanın bu proqnozu da düz çıxmadı. Onun öncəgörməsinə görə dünyanın sonu 5079-ci ildə gələcək. Bir çox öncəgörmənin səhv çıxdığını nəzərə alsaq belə qənaətə gələ bilərik ki, dünyanın sonu 5079-ci ilə olmayacaq.

Lakin bunlara baxmayaraq Vanqanın öncədən gördüyü və artıq həyatda öz təsdiqini tapdığı bəzi proqnozları var.

Məsələn: "İki dəmir quş qüllələrə çırpılacaq, göy üzü işıqlanacaq" (11 sentyabr hücumu) "Kursk su altında qalacaq, bütün dünya arxasınca ağlayacaq" (2000-ci ildə 118 rus əsgərinə məzar olan sualtı qayıqda baş verən müdhiş hadisələr) "Vladimirin (Putin) zəfəri dünyada hər şeyə təsir edəcək" "İqlimlər dəyişəcək " (qlobal istiləşmə) "Amerikanın 44-cü dövlət başçısı qara olacaq. Onun gəlməsindən sonra ölkə böyük bir maliyyə böhranına başlayacaq, dünyaya barış deyil, fəlakət gətirəcək"
Gələcəkdə nələr olacaq?

Vanqanın ölümündən öncə qeyd edilən bəzi proqnozlarına görə, gələcəkdə insan oğlunu ağır günlər gözləyir. Xərçəng xəstəliyinin tüğyan edəcəyindən tutmuş kommunizmin qayıtmasına qədər fikirlər deyən Vanqa nənə 2012-ci ildə qiyamət gününün qopacağını deyənlərdən fərqli olaraq bu faciənin baş verməyəcəyini bildirib. Onun öncəgörməsinə görə dünyanın sonu 5079-ci ildə gələcək. Vanqa nənənin gələcəklə bağlı proqnozları belədir:

2016-cı il. Avropa əhalisi kəskin sürətdə azalacaq.

2018-ci il. Dünyanın yeni süper gücü Çin olacaq. Güclü dövlətlər artıq zəif dövlət olacaqlar.

2020-ci ildə ölümcül virus dünyanı cənginə alacaq.

2021-ci il aclıq, yoxsulluq, xəstəlik hökm sürəcək.

2023-cü il. Yer küresində qeyri-adi hadisələr yaşanacaq.

2028-ci il. Venera planetinə ayaq basılacaq.

2033-cü il. Qütblərdəki buzlar əridiyi üçün Yer kürəsindəki su səviyyəsi yüksələcək.

2043-cü il. Müsəlmanlar dünyanın hakimi olacaq.

2046-cı il. Orqan köçürülməsi ən bəsit iş olacaq.

2066-cı il. ABŞ müsəlmanların nəzarəti altında olan Romaya qarşı iqlim dəyişdirə bilən silahdan istifadə edəcək. Bunun nəticəsində iqlimdə kəskin dəyişikliklər başlayacaq.

2076-cı il. Komunizm dünyaya hakim olacaq.

2084-cü il. Təbiət yenidən canlanacaq.

2088-ci il. İnsanları saniyələr içində qocaldan yeni bir xəstəlik peyda olacaq.

2097-ci il. Bu xəstəliyi müalicə etmək mümkün olacaq.

2125-ci il. Macarıstan kosmosdan siqnallar alacaq.

2130-cu il. Yadplanetlilərin köməyi ilə sualtı mədəniyyət yaradılacaq.

2164-cü il. Heyvanlar yarıinsan halına çevriləcək.

Lakin bunlara baxmayaraq Vanqanın öncədən gördüyü və artıq həyatda öz təsdiqini tapdığı bəzi proqnozları var.

2167-ci il. Yeni bir din ortaya çıxacaq.

2170-ci il. Böyük bir quraqlıq yaşanacaq.

2196-cı il. Avropa və Asiya irqləri tamamilə bir-birinə qarışacaq.

2221-ci il. Başqa planetlərdə həyatın olmasını araşdıranlar qorxunc hadisələrlə qarşılaşacaq.

2288-ci il. Zaman səyahəti mümkün olacaq.

2296-cı il. Günəşdə güclü partlayılar baş verəcək.

2299-cu il. Fransada İslama qarşı bir hərəkat başlayacaq.

2304-cü il. Ayın sirri tapılacaq.

2341-ci il. Qorxunc bir qüvvə Yer kürəsinə yaxınlaşacaq.

2371-ci il. Böyük aclıq yaşanacaq.

2480-ci il. Dünya qaranlığa qərq olacaq.

3797-ci il. Yer kürəsinin sonu çatacaq. Bütün canlılar məhv olacaq. Amma insanlar yeni bir planetdə həyatlarını davam etdirməyi bacaracaqlar.

3803-cü il. Yeni planetdə insanların sayı yavaş-yavaş artacaq. İnsanlar arasında əlaqə zəifləyəcək. Yeni planetin iqlimi insan orqanizmini dəyişdirəcək. İnsanın görünüşü dəyişəcək.

3854-cü il. Mədəniyyətlərin inkişafı tamamilə dayanacaq. İnsanlar heyvanlar kimi sürü halında yaşamağa başlayacaqlar.

3871-ci il. Yeni peyğəmbər peyda olacaq və insanlara əxlaqi dəyərləri öyrədəcək.

3878-ci il. İnsanlar yeni mədəniyyət quracaqlar.

4302-ci il. Yeni şəhərlər tikiləcək.

4304-cü il. Bütün xəstəliklərin qarşısı alınacaq.

4308-cü il. İnsanlar beyinlərinin 34%-dən istifadə edəcək. Pislik və nifrət tamamilə yox olacaq.

4674-cü il. İnsanlar yadplanetlilərə oxşayacaq. Müxtəlif planetlərdə yaşayanların sayı 340 milyarda çatacaq.

5076-cı il. İnsanlar kainatda daha da uzaqlara getmək istəyəcək. Lakin 40% bunun əleyhinə olacaq.

5079-cu il. Dünyanın sonu yaxınlaşacaq. //Olaylar.az
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib