Kanada və Meksika ABŞ-la sərhədlərini bağlı saxlayacaq
- 12-12-2020, 10:10
- Dünya
Kanada və Meksikanın koronavirus pandemiyası ilə əlaqədar olaraq ABŞ-la sərhədləri bağlı qalacaq.
''Azad Səs'' xarici KİV-ə istinadən xəbər verir ki, Kanadanın baş naziri Castin Trüdo ölkəsinin ABŞ-la sərhədlərinin bağlı qalması qərarının 2021-ci il yanvar ayının sonuna qədər uzadıldığını açıqlayıb. Sözügedən qərar bu ilin mart ayından qüvvədə idi.
Həmçinin Meksika Xarici İşlər Nazirliyi də analoji addım atacaqlarını elan edib.